dini radikalizm və ekstremizmlə mübarizə

Allahverən Pərvizoğlunun "Yaşa Azərbaycan" adlı konsert proqramı keçirilib



Djb.az xəbər verir. Lənkəranın İctimai fəal gənci, 3 dəfə Respublika Mahnı müsabiqəsinin qalibi, Gənc muğənni Allahveren Pərvizoğlunun N saylı hərbi hissədə 26iyun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 105ci il dönümünə həsr olunmuş "Yaşa Azərbaycan" adlı konsert proqramı keçirilib. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konserti Giriş sözü ilə açan Allahverən Pərvizoğlu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 105ci il dönümü münasibətilə Hərbi Hissənin kollektivin və əsgərləri təbrik edib, onlara xoş arzularını bildirib.

Sonra Gənc muğənni Allahveren Pərvizoğlunun ifasında "Yaşa Azərbaycan" "Ana Yurdum" "Sənsən Görən Gözü Azərbaycanın" "Min Yaşasın" "Şuşanın Dağları" "Ulu Öndərimiz" "Azərbaycan Oğluyam" mahnıları səsləndirilib.

Konsert proqramının sonunda 26iyun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 105ci il dönümünə həsr olunmuş Konsert proqramında fəal iştirakına görə Gənc muğənni Allahveren Pərvizoğlu N saylı hərbi hissənin fəxri fərmanı ilə təltif olub. Allahverən Pərvizoğlu N saylı hərbi hissənin rəhbərliyinə dəvət üçün təşəkkürünü bildirib.


Oxunub: 587
Oxşar xəbərlər
SON XƏBƏRLƏR