İLKİN MİRİLHAM OĞLU AĞAYEV - 35 İLLİK NAKAM ÖMÜR VƏ YANAN ARZULAR...
( 1980 - 2015 )
Deyirlər ki, yaxşı adamlar dünyasını dəyişəndən sonra , onu zaman yox, ondan qalan xatirələr yaşadır , xeyirxah əməllərinə görə adı dillərdə, ürəklərdə ömür sürür ...
Bəli insanı yaşadan ömrünün uzunluğu deyil, qazandığı hörmət, insanlığı, sədaqəti, etibarıdır. Bu gün hörmətlə xatırladığımız İlkin Ağayev də belə insanlardan biri idi...
İlkin 1980 - cı ildə Biləsuvar şəhərində anadan olmuşdu. O , Ə.Eynullayev adına şəhər 4 nömrəli məktəbi və İqtisad Universitetini bitirmişdi.
İlkin əmək fəaliyyətinə 2002 - ci ildə Rayon Telekommunikasiya Qovşağında başlamışdı. İlk əvvəllər mühasib, şöbə müdiri , baş mühasib kimi çalışan İlkin Ağayev son günlərinə qədər idarə rəisi oldu. O , yüksək mədəniyyətə, dünyagörüşə, savada, ədəb - ərkana malik bir insan idi. İlkin ömrünün çiçək açan, ən məhsuldar bir vaxtında - 35 yaşında dünyasını dəyişdi...onun ölüm xəbəri rayon ictimaiyyəti tərəfindən böyük kədər hissi ilə qarşılandı...İlkindən sonra onun yoxluğuna dözməyən atası Mirilham və anası Rəbiyyə müəllimə də qəlblərində əbədi, sağalmaz dərd olan övlad dərdini də özləri ilə məzara apardı.. haqq dünyasına qovuşdular.
Bəli , İlkin Ağayev cəmi 35 il ömür yaşadı. Amma bu qısa ömrə dürüstlük, ləyaqət, zəhmət və insan sevgisi sığışdırmağı bacardı. İlkin Ağayev bu gün də gənc yaşında itirdiyimiz mütəxəssis, savadlı kadr, sadə, səmimi rəhbər , gözəl insan kimi yad edilir , xatırlanır.
Allah rəhmət eləsin !
Samir Qurbanov.
( Telejurnalist, AJB - nin üzvü ).
Oxunub: 0