Qələmə aldığım yazıların əksəriyyətində mətnə uyğun ağacların rolundan bəhs etməyi heç vaxt yaddan çıxarmıram. Onlar da həyatımızın hər bir sahəsində canlı varlıq olaraq diqqətdən kənarda qalmır. Hər birimiz ağacları suvarır, onlara qulluq edir, daima yaşıllığı qorumağa çalışırıq. Göstərilən qulluğa görə də onlar heç zaman borclu qalmırlar. Bununla bağlı xırda bir misal da çəkə bilərəm. Günəşli, yağışlı havada ağaclar gövdə və yarpaqlarının sinəsini qabağa verərək insanlara borclu qalmadıqlarını sübut edirlər. Hələ atmosferin, ətraf mühitin çirklənməməsində sipər rolu oynadığını demirik. Ana təbiəti gözəlləşdirməsi də öz yerində. Bütün bunları düşünürəm ki, bir kəs heç vaxt dana bilməz.
Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev deyirdi: "- Bir ağacı böyütmək, bir övladı böyütməyə bərabər şeydir. O vaxt Bakıda ağac əkmək çox çətin idi. Şəhərdə ağac yox idi. Maksim Qorkinin sözlərini yada salın, Mayakovski Bakıya səfər edərkən cəmi 2- 3 ağac olduğunu bildirirdi. Mənfəət xatirinə ağacları kəsmək olmaz, bilin, bu xalqa, millətə xəyanətdir. Bir agac kəsənlər, sanki mənim qolumu kəsir."
Son illər H.Əliyef Fondu tərəfindən mütəmadi olaraq "Hərəyə bir ağac əkək" lahiyəsi əsasında ağacəkmə kompaniyası həyata keçirilir ki, bu da paytaxtımızda ağacların sayının çoxalmasına , şəhər iqliminin daha da təmizlənməsinə gətirib çıxardır. Amma 30 il müddətində ermənilər torpaqlarımızda ekoloji terror törətdilər. Ekoloji terror- konkret ölkə tərəfindən və ya şəxsin təcavüzünün digər ölkənin flora və faunasına , təbii sərvətlərinə vurduğu ziyandır. Bu illər ərzində nankor qonşularımız vurduğu ziyanın həcmi daha böyükdür. Şükürlər olsun ki, son 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələri döyüş meydanlarında öz sözünü deməklə təbii sərvətlərimizin istismarının qarşısını aldılar.
Bəzən saatlarla ağaclara tamaşa edirəm. Düşünürəm ki, sıraya düzülən ağaclar elə bil bir - biri danışırlar. Külək əsəndə isə başqa bir mənzərənin şahidi olururam .Ağacların budaq və yarpaqları yellənir, gövdə ətrafında tərəfə- bu tərəfə gedib gəlirlər. Sanki, külək ağaclara nəğmə oxutduraraq rəqs etdirir. Bəzən
qol budaqlar dağınıq halda yanlara çıxır, ağac formasını itirir. Belə olan halda, budama işləri aparılır, ağac səliqəli hala salınır. Bunu bərbərin insanın saç düzümünün qaydaya salmasına bənzədirəm. Yuxarıda dediyim kimi, axı onlar da canlı varlıqdır.
Elxan Çıraxlı
Oxunub: 321