dini radikalizm və ekstremizmlə mübarizə

Tovuzda 71 nəfərin tüstüdən zəhərləndiyi məktəbdə tədris prosesi bərpa olunub

Tovuzda 71 nəfərin tüstüdən zəhərləndiyi məktəbdə tədris prosesi bərpa olunub

Tovuz rayonunda 71 nəfərin tüstüdən zəhərləndiyi Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində tədris prosesi bərpa olunub.

Bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, ötən gün sobalara baxış keçirilib, problem aradan qaldırılıb və istilik təmin olunub.

"Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Anar Məcidov təhsil müəssisəsində olub davamiyyət və tədris prosesi ilə maraqlanıb. Hazırda təhsil sektorunun əməkdaşları da məktəbdədir. Vəziyyət nəzarətdə saxlanılır", - deyə məlumatda bildirilib.

Oxunub: 16
Oxşar xəbərlər
SON XƏBƏRLƏR