dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevirdə iki məktəbə direktor təyin olundu


Djb.az xəbər verir. Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mingəçevir şəhər 10 və 16 saylı məktəblərə Təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, direktor təyinatı olub. Hər iki müəllim direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test və müsahibə mərhələsində uğur qazanıblar. Onlardan 11 saylı tam orta məktəbdə biologiya müəllimi işləmiş Aygün Quliyeva 16 saylı məktəbə, 13 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini olmuş Yeganə Kərimova 10 saylı məktəbə direktor təyin olunublar.
Hər iki müəllimə işlərində uğurlar arzulayırıq.

Oxunub: 473
Oxşar xəbərlər
SON XƏBƏRLƏR