dini radikalizm və ekstremizmlə mübarizə

Minirə Dadaşqızının poeziya dünyasından incilər


SEVƏNLƏRİ AYIRMAYIN, NƏ OLAR!


Yalvarıram ,ey atalar, analar,
Sevənləri ayırmayın, nə olar!
Qoymayın ki, eşq odunda yanalar,
Sevənləri ayırmayın , nə olar!

Əgər qanun, hər adət yol verirsə,
Göydə Allah , şəriyyət yol verirsə,
Qulaq asın könlünüzdəki səsə,
Sevənləri ayırmayın, nə olar!

Uymayın siz nə dövlətə , nə vara,
Vurmayın o sevən qəlblərə yara,
Dəstək olun, qoy qovuşsun yar yara,
Sevənləri ayırmayın , nə olar!

Sevgi ölməz, əbədilik şağdır o,
Hər ömürdə ən müqəddəs çağdır o,
Ayırsanız bir ömürlük dağdır o,
Sevənləri ayırmayın , nə olar!

Söyləməyin sevda nədir, aşiq nə?
Deməyin siz qız nədir ki, eşq nə?
And verirəm sizi Quran eşqinə,
Sevənləri ayırmayın , nə olar!


"ŞAMAXIM"


Bu cahan içrə mənə başqa cahansan, Şamaxım!
Aldığım hər nəfəsim, canıma cansan , Şamaxım!

Doğmadan -doğma gəlir bil ki , mənə hər qarışın,
Cənnəti andıranım, piri - məkansan, Şamaxım!

Dahilər məsgənisən , ey şeir, sənət ocağım!
Şairlər məmləkəti , ruhi-rəvansan, Şamaxım!

Xəqanı torpağısan, Nəsimi, Seyid diyarı,
Abbas Səhhət vətəni, Sabir ilə şan Şamaxım.

Yeri də , göyləri də səsilə heyrətdə qoyan,
Alimin çəkdiyi ol sübhi- azansan , Şamaxım!

Tarixlər şahidisən, gör nələr çəkibdi başın,
Bu səbəbdən neçə yol könlü viransan, Şamaxım!

Minirə vurğunudur doğma ana yurdun, amma,
Qoynunda göz açdığı , ən ilkin ansan , Şamaxım!



,,ALLAH"
(Qitə)

Allah yerini sorma gəl ey əşrəfi-insan,
Gəzmə Onu sən,çünki laməkandadı Allah
...........
Zərrəyə sığırkən fəqət kainata sığmaz,
Şəkk eyləmə çün qudrəti-var Ondadı-Allah!
.............
Əvvəlcə O ruhi yaradar,sonra bədəni,
Ruh ilə asimanda,yerde candadı Allah.
...............
İstərsə qeyri millət olsun,ya ki müsəlman,
İncildə,Zəburda,Tövrat,Qurandadı Allah.
.................
Özünə sən rəva bilmədiyini kimsəyə qıyma,
Saf qəlbdə,təmiz sözdə,pak vicdandadı Allah!
................
Haqsızlığa tuş gəlsən əgər səbr ele,gözlə,
Haqqın qələbə çaldığı son andadı Allah,
...............
İdrakın ilə özünü dərk eyləsən hərgah,
Onda biləcəksən kamil insandadı Allah.
..................
Sən də duya bildin deyə zikr eylə, a könlüm!
Şükr ilə,düşün ki, biri də səndədi Allah.


KƏNDDƏDİR.


Kəndlisən:- söyləyib xətrimə dəydin.
Tanrının mənəvi varı kənddədir.
Ərlərin namusu , qeyrət qalası,
Oız- gəlinin ismət, arı kənddədir.

Nə var bekar-bekar deyib - gülməyə.
Nə var iyrənc- iyrənc qeybət etməyə
Nə var asfalt yolda yol yeriməyə,
Dağın zirvəsinin qarı kənddədir.

Kəndin buz qatığı, süzməsi yaxşı,
Yayda dincəlməsi, gəzməsi yaxşı,
Sovqatın süfrəyə düzməsi yaxşı,
Pay verən qabarlı əli kənddədir.

Ey qınından çıxıb , qın bəyənməyən,
Bizə kənddən gəlmisiniz söyləyən,
Səni ki, bu dünyaya bəxş eyləyən,
Saymadığın qoca qarı kənddədir.

Cahan bir gün varın geriyə alar,
Sürdüyün təm-təraq nə vaxtsa solar.
Şəhərdə məzarın pulla satılar,
Ölsən təmənnasız yerin kənddədir.

Oxunub: 5 054
Oxşar xəbərlər
SON XƏBƏRLƏR