Səni yad əllərə verən deyiləm
Mübariz olmuşam səni sevəndən,
Səndən özgəsini sevən deyiləm.
Sən yalnız mənimsən bir ömür qədər,
Səni yad əllərə verən deyiləm.
Sənə hər dəqiqə zəng edəcəyəm,
Harda olduğunu öyrənəcəyəm.
Səni əvvəlkindən çox sevəcəyəm,
Səni yad əllərə verən deyiləm.
Qoymaram bir özgə göz baxsın sənə,
Onlar dəyməz eşqin bir zərrəsinə.
Hər zaman sadiq ol eşqinə, mənə,
Səni yad əllərə verən deyiləm.
Eşqindən əriyib, dönsəm də selə,
Həsrətdən can verib, ölsəm də belə.
Bir şəmtək əriyib, sönsəm də belə,
Səni yad əllərə verən deyiləm.
Sən mənimsən
Baxışıyla bir aləmdi gözlərin,
Gəl bölüşək- nə sənindir? nə mənim?
Biləsən ki, bu işdə çox xəsisəm,
Yanaq mənim, qaş mənimdir, göz mənim!
Söz açılıb bil, əzəldən xəsisəm,
Səni sənlə paylaşım mən bölüm mən?
Bil ki, gülüm səni sənə vermirəm!
Qəmzən mənim, buxaq mənim, ləb mənim!
Barmaq incə, əl incədir qol incə,
Xəsisləşdim qamətini görüncə
Qoy söyləyim lap olsun ürəyimcə,
Qamət mənim, qol mənimdir, əl mənim!
Qara telin,qara xalın, tər buxaq,
İncə belilim qar kimisən ağappaq.
De bunları indi necə paylaşaq?
Bel mənimdir, tel mənimdir, xal mənim!
Gərək sənin ürəyində duram mən,
Döyünəm mən, nəbizində vuram mən.
Ürəyində binə quram,biləsən,
Ürək mənim, can mənimdir, qan mənim
Bu dünyanı versən mənə sən hələ
Məni mənlə bölüş deyə, böl deyə
Səni sənlə bölüşmərəm el gələ
Dünya dəyməz saçındakı bir telə
Sən mənimsən, sən mənimsən, sən mənim!
Ömrümə yazım səni
Mən bir dünya istəyirəm
Sevgi,məhəbbətlə dolu
Eşq ilə yaradım qurum
O dünyamın özü sən ol.
Ömürümə yazım səni
Zəbt elə könül təxtimi
Al əlvan elə bəxtimi
Naxışı, bəzəyi sən ol.
Olasan məhəbbət dünyam
Səninlə birgə var olam
Sevgin ilə nəfəs alam
Nəfəsimin özü sən ol.
O dünya ola bağ baxça
Hər yerdə sevgi gül aça
Gülünün bir ləçəyi mən
Ləçəyinin biri sən ol.
İki qəlbdə bircə ünvan
Qursun mənə sevgi dünyam
O ünvanın sakini mən
Sahibinin özü sən ol.
Bəlkə də bu sondur
Bəlkədə bu sondur bilə bilmirəm,
Bəlkə də başlağıc, sonu görmürəm.
Üsyan eyləyimmi? Nə edim görəm?
Etmək istəsəm də edə bilmirəm.
Bəlkədə son deyil, bəlkə də sondur,
Bilmirəm getdiyim necə bir yoldur.
Bəlkə enişlidir, bəlkə yoxuşlu,
Bəlkə düz getmirəm,döngə doludur.
Bu yolun sonu yox belə güman ki,
Bəlkə davam edim? Yoxsa ki durum?
Baxıram önümə divar çəkilib
Elə bil qəlbimə dammışdı san ki.
Ağır adımlayıb baxıb irəli,
Geridə qoyuram xatirələri
Buraxmaq ağırdı bilirəm bəlli,
Biri sevinclidi, biri kədərli.
Yorğunam, bilmirəm indi nə edim,
Üz tutum ha səmtə, ha yana gedim?
Çiynimdə dağ boyda ağır olan yük,
Qəlbimdə olansa dağdan da böyük.
Oxunub: 3 929