NİYƏ ÖYRƏDİRDİN ÖZÜNƏ MƏNİ?!
Hardandı taledə bu qədər acı?
Atdın bu həsrətin közünə məni.
Əyər bilirdinsə ayrılacağıq,
Niyə öyrədirdin özünə məni?!
Hicran bizimçün də olar,bilirdin,
Bir cannan ayrılır qollar,bilirdin.
Haçalı budağdı yollar,bilirdin,
Niyə öyrədirdin özünə məni?!
Yollar dumandısa,yollar qardısa,
Mənnən bir özgəsi sənə yardısa,
Bir eşqin beşillik ömrü vardısa,
Niyə öyrədirdin özünə məni?!
İndi nə deyirsən bu ağır qəmə,
Gülüm,sevindinmi gözümdə nəmə,
Sənsiz ömür eləmək zülümmüş,demə,
Niyə öyrədirdin özünə məni?!
Bilmirəm,kösövəm,ya odam,indi,
Sənə doğmayammı,ya yadam,indi,
Sevgisi ağlayan dünyayam,indi,
Niyə öyrədirdin özünə məni?!
Demə Sakit İlkin çağlayır sənsiz,
Dağlarda gözünü dağlayır sənsiz,
İçimdə bir sevgi ağlayır sənsiz,
Niyə öyrədirdin özünə məni?!
SƏN MƏNİM NƏYİMİ SEVƏSƏN AXI?!
Dərdləri gül açmış çəməndi könlüm,
Niyə bu çəmənə enəsən axı?
Nə çoxdur sevginə layiq olanlar,
Sən mənim nəyimi sevəsən axı?!
........
Azalır dünyada ulu sevənlər,
Kölənı sevənlər,qulu sevənlər ...
Çoxalır sərvəti,pulu sevənlər,
Sən mənim nəyimi sevəsən axı?!
.........
Yazıq bəndəsiyəm mən ki,Allahın,
İçində boğuldum amanın,ahın...
Ay mənım üzümə gülən günahım,
Sən mənim nəyimi sevəsən axı?!
...........
Sevgi möhtacıyam,sevgiyə acam,
Gücüm də qalmayıb arxanca qaçam,
İçi yandırılmış yaşıl ağacam,
Sən mənim nəyimi sevəsən axı?!
......
Nə boyum qalmayıb,nə də qamətim,
Bir dəri sümüyəm,itib qüvvətim,
Qurbanı olmuşam bir məhəbbətin,
Sən mənim nəyimi sevəsən axı? !
..........
Məni anlamadın,get...daha,sən də...
Nüsrət gözəl demiş,Sakit sevəndə....
"İndisə çox eyib görürsən məndə".
Sən mənim nəyimi sevəsən axı.??!!!
GÖRDÜM KİMİN DÜNYASIYMIŞ BU DÜNYA...
.........
Sapand atdım,o daş dağa dəymədi,
Dil qurudu,yaş damağa dəymədi...
Ha çarpışdım,yaşamağa dəymədi,
Gördüm kimin dünyasıymış bu dünya....
........
Ölüm çıxır yaxşıların ovuna,
Mənim könlüm çətin bir də ovuna....
Çox çalışdım,yenə düşdüm toruna,
Gördüm kimin dünyasıymış bu dünya...
......
Bu dünyanın qışı qar yox,dərd yağır,
Ömrə sevinc dost dolanır,dərd...yağı...
Qədəh-qədəh ürək içir dərd yağı.
Gördüm kimin dünyasıymış bu dünya...
.......
Allah bilir bu dünyada tək,nədi...
Mən doldurdum,o boşaltdı təknəmi,
Tək atanı,tək oğulu təklədi,
Ğördüm kimin dünyasıymış bu dünya....
.......
Gecə keçir,ulduz səssiz,Ay...sakit,
Ömrün keçir ahu-vayla,say...sakit...
Bu dünyaya belə bağlama,ay SAKİT,
Gördün kimin dünyasıymış,bu dünya....
KƏNDÇİ KƏNDDƏN NİYƏ QAÇIR,BİLİRSƏN?
Öz yurdundan, öz elinnən kim qaçar?
Dədəsinnən,nənəsinnən kim qaçar?
Öz xoşuynan öz kəndindən kim qaçar?!
Kəndçi kənddən niyə qaçır,bilirsən????
Səmasıda,havasıda gözəldir
Dərmanı da,dəvası da gözəldir...
Dəryazı da,yabası da gözəldir,
Kəndçi kənddən niyə qaçır,bilirsən???
Bağ-bağatın ağ alması..gözəldir
"Üç bacısı",buğlaması gözəldir
Boz inəyin bulaması gözəldir
Kəndçi kənddən niyə qaçır,bilirsən???
Həsrət qalıb indi kəndə çoxusu
Burnundadır çörəyinin qoxusu
Bal kimidir gecələrin yuxusu
Kəndçi kənddən niyə qaçır,bilirsən???
Beşikləri,bələkləri kənddədir
Arzuları,diləkləri kənddədir
Cismi gedib,ürəkləri kənddədir...
Kəndçi kənddən niyə qaçır....bilirsən???
Sakit İlkin.dərin-dərin bir düşün...
Nədən gözəl nənələrin biş-düşü?
Cavab yazan,düz cavaba beş düşür..
Kəndçi kənddən niyə qaçır,bilirsən???
Oxunub: 2 140