dini radikalizm və ekstremizmlə mübarizə

"VƏTƏN, MİLLƏT, QARABAĞ" ədəbiyyatı


Demək olar ki, artıq Azərbaycanımızda yeni bir ədəbiyyat formalaşmışdır. Bu ədəbiyyat "VƏTƏN, MİLLƏT, QARABAĞ" adlanır. I-II Qarabağ müharibələrində vuruşan hər bir döyüşçünün, əməyi keçən hər bir təbəqənin nümayəndəsinin özünəməxsus bir dastanı var.

Çünki, Azərbaycan mücahidlərinin o döyüşlərdə, həmin ağır günlərdə keçirdikləri mənəvi hisslərin, iztirabların, yaşadıqları müsibətlərin elə hər biri ayrı-ayrılıqda bir həyat əsəridir, daha doğrusu, tarixdir, onlara və igidliklərinə qoşulan nəğmələr isə özü də bir ədəbiyyatdır.

Bu ədəbiyyatda ziyalılar, müəllimlər, əsgərlər, polislər, milli kəşfiyyatçılar, hərbi kəşfiyyatçılar, həkimlər, ağsaqqallar yer tutur. I və II Qarabağ savaşlarında bu təbəqənin bütün nümayəndələri iştirak etmiş, bəziləri qəhrəman, bəziləri qazi və bəziləri isə şəhid olmuşdur.

"VƏTƏN, MİLLƏT, QARABAĞ" ədəbiyyatı həm birinci və həm də ki, ikinci Qarabağ müharibələrini özündə ehtiva və əhatə edir.

Aşıqların sazı sinələrinə basaraq hər bir igidə ad vermələri, onlara nəğmə qoşmaları, el-obaya tanıtdırmaları ədəbiyyatın mühüm bir qolu və özülüdür.

Ümumiyyətlə, ədəbiyyat nəğmələr, xatirələr, nostalji hisslər, şahidlər vasitəsilə formalaşır və xalqın bir tarixi, mədəni, ədəbi mirasına çevrilərək yaddaşlara həkk olur.

"VƏTƏN, MİLLƏT, QARABAĞ" ədəbiyyatı da məhz belə formalaşmışdır. Bu ədəbiyyatda hər qəhrəmanın, hər qazinin və hər şəhidin öz qiymətli xatirələri, unudulmaz şücaəti, örnək götürüləcək dastanı vardır.

Ərtoğrul Mehdizadə

Oxunub: 2 430
Oxşar xəbərlər
SON XƏBƏRLƏR