dini radikalizm və ekstremizmlə mübarizə

Mətləb Məmmədoğlu poeziyasının inciləri


Qoyma
***

Allah bu nə gündür bu nə zülümdür
Yalan ayaq tutub yeriyir qoyma
Salıb ayaq altına yaxşını yaman
Tutub saçlarından sürüyür qoyma

İtib xətir-hörmət zaman qarışıb
Bu gündən sabaha güman qarışıb
Maya da toxum da yaman qarışıb
Köhləndən yabılar törüyür qoyma

Ömürə xəzan gəlir vaxtsız vədəsiz
Daha ürək yoxdur dərdsiz zədəsiz
Çox uşaq doğulur indi dədəsiz
Biclər hər tərəfi bürüyür qoyma

Hər şey altüst oldu dəyişdi birdən
Təpərli kişilər süşübdür girdən
Qarğalar qartalı salıb zirvədən
Mətləb dərd içində çürüyür qoyma.


Olmaz
***

Varı zəhmət gətirər
Var deməklə var olmaz
Bilki hər dağ başında
Çiskin duman qar olmaz

Tutmaq olmaz köz əldə
Heş qalmasın göz əldə
Hər gördüyün gözəldə
Vəfa ismət ar olmaz

Yıxılana əl yetir
Qəlblərə sevinc gətir
Hər çiçəkdə xoş ətir
Hər budaqda bar olmaz

Eli sənə güldürər
Zirvələrdən endirər
Ocağını söndürər
Vəfasızdan yar olmaz

Görün xeyirdə şərdə
Hər an arxa dur mərdə
Sirri demə namərdə
Onda etibar olmaz

Yaşamaq olar varsız
Ömür sürmə mənasız
Mətləb yurdsuz yuvasız
Quşda bəxtiyar olmaz.


Ellər apardı
*****

Deyirəm ağardı vaxtsız vədəsiz
Saçımın qarasın illər apardı
Qəlbimin söhbətin sözün yadigar
Nəsildən-nəsilə dillər apardı

Ürəyimi göz yaşımla dağladım
Ümüdümü bir Allaha bağladım
Gecə gündüz ana deyib ağladım
Gözümün yaşını sellər apardı

Namərdlər əlində yurdum talandı
Xəyanət qəlblərdə gəzdi dolandı
Haqqım ədalətim oda qalandı
Sovurub yelini yellər apardı

Haqsızlar əlindən gəlmişəm zara
Haqqı sevənlərim düşübdür dara
Bir gün eşidərsüz soyuq məzara
Mətləbi çiynində ellər apardı.


ÖZ QANIYLA YUYULMASA-DÜZƏLMƏZ
**************
Deyirsən ki,işlər nə vaxt düzələr
Sular başdan durulmasa,düzəlməz
Kötüyündən əyri,quru agaclar
Bircə-bircə qırılmasa, düzəlməz

Qaldırırlar başa yaltaq,yalagı
Vuran elə əyri vurur calagı
Əyri məmurların uzun qulagı
Haqq əlilə burulmasa,düzəlməz

Gör necə məhv olur arzu,gümanlar
Qalxır yerdən göyə ahlar,amanlar
Bu namərdlər,şərəfsizlər,yamanlar
Əməlindən yorulmasa,düzəlməz

Hər kəsə istidi öz ocaqında
Mənim də közüm var söz ocaqında
Əyrilər,yaltaqlar düz ocaqında
Yana,yana qovrulmasa,düzəlməz

Elə oynayırlar fitnə-kələklə
Çirkab dolu daşa dönmüş ürəklə
Satqınların əsli,kökü küləklə
Yerdən göyə sovrulmasa,düzəlməz

Mətləb bizi soğan kimi soyanlar
Haqqı görənlərin gözün oyanlar
Millətimi yaman günə qoyanlar
Öz qanıyla yuyulmasa,düzəlməz.


Qorxudan
*****
Tülkülər çaqqallar özəlləşdirib
Pələng həsrət qalıb çölə qorxudan
Əldən-ələ keçir hələ haçmamış
Bülbül könül vermir gülə qorxudan

Bu gündən sabaha gümanı yoxdur
Yeyib yaşamağa samanı yoxdur
Tullanım sürməyə amanım yoxdur
Dügə yan çevirmir kələ qorxudan

Qara yaxdıq təmiz adın üstünə
Çörəkçün qaçırıq yadın üstünə
Su töküb söndürdük odun üstünə
Yaman baş əyirik külə qorxudan

Mətləb yurd yuvamı oda salıbdır
Əslinin oduna Kərəm yanıbdır
Vətənimdə əsli-nəsli qalıbdır
Səsin çıxardammır Lələ qorxudan.

Oxunub: 1 497
Oxşar xəbərlər
SON XƏBƏRLƏR