dini radikalizm və ekstremizmlə mübarizə

HAQQA SÖYKƏNƏN ŞAİR


Poeziya dərdin anasıdır; hər bir əzab çəkən və ağla- yan insan şairdir,hər damla göz yaşı – şeirdir, hər bir ürək poemadır.
İ. V. HÖTE
Dahi alman şairinin fikirləri ilə razılaşmamaq olmur.Bu dahi fikirlər elə bil şair- publisist Tapdıq Əlibəyli haqqında deyilib desəm yanılmaram.Onun bütün yaradıcılığında qələmə aldığı şeirlərin,poemalarının,qələmə aldığı məqalələrin,iri həcmili kitablarının leytmotivini - aparıcı xəttini vətənpərvərlik,el-oba həsrəti, əsirlikdə qalan torpaqlarımızın təəssübkeşliyi, təbiətə vurğunluq,Allaha bağlılıq təşkil edir.Uzun illər Tapdıq Əli-bəyli yaradıcılığını maraqla izlədiyim üçün Onun yaradıcılığı haqqında söz demək,fikir söyləmək Mənim çoxdanki arzum, istəyim olsa da, bu reallığı həyata keçirmək üçün aylarla,bəl-kədə illərlə buna özümü hazırlamağa çalışmışam. Mənim onunla tanışlığım iyirmi beş il əvvəl İqtisadiyyat Elmləri doktoru, professor, “Beynəlxalq Sokrat” mükafatı laureatı,həmyerlim, dostum İsa Aliyevin təşəbbüsü ilə baş tutmuşdur.Kövrək qəlbli,sadə təbiətli,mehriban çöhrəli,şirin danışığı ilə həmsöhbətlərini heyran qoyan şair Tapdıq Əlibəyli ilk tanışlıqda məni özünə cəlb etdi. Gözəl və yaraşıqlı qaməti,uca boyu,həyatsevər gülümsər çöhrəsi onun zahiri gözəlliyinin əsas əlamətlərini gördüm. Şair Tapdıq Əlibəylinin daxili aləmi ilə yaxından ,tanış olduqca ona vurulmağa başladım.Şair insanların qəlbinə öz xeyirxahlığı, təmənnasız duyğuları ilə yol tapıb,onlarla isti müna sibətlər qurub,kəsdiyi duz-çörəyin qədrini həmişə uca tutub. Bunu onunla kollektivdə çalışan insanların əksəriyyəti də təsdiq edir. Şair –publisist Tapdıq Əlibəyli iyirmidən çox şeir kitabının müəllifidir.Şairin poetik dünyası da öz təbiəti kimi zərif,incə, geniş və əhatəlidir.Yazdığı şeirlərin bir çoxunda Vətən və torpaq məhəbbəti qızıl bir xətt kimi keçir.Bu şeirləri müəl lifin böyük vətəndaşlığından,ana torpağa bəslədiyi dərin məhəbbətdən xəbər verir;
Köküm torpağımın dərinliyində,
Gövdəm torpaq üstə şaxələnibdir.
Azərbaycanımın şirinliyində
Vətənə məhəbbət -torpaqdakı sirr…

Azərbaycan adlı bu məmləkətin
Yardımlı bölgəsi, dağ vüqarı var.
Dostan əsirgəməz duz- bərəkətin,
Əzəli- əbədi torpaq-varı var.

Torpaq qarış-qarış Vətəndir bizə,
Hər qarış əzizdir , anamız kimi.
Daşı-kəsəyi də gülümsər üzə,
Hallalıq mayası, sadəlik əzmi.

Şairin Vətənə həsr etdiyi başqa bir şeirə nəzər yetirək:

Anadan başlayan Vətən sevgisi,
İnsanın torpağa Tanrı sevgisi.
Açılsaydı əgər sevgi sərgisi;
Sevgi sırasında Ana, Vətəndir.

Ana qəlbi kövrək, tər çiçəkli bağ.
Ana səbri böyük, möhtəşəm bir dağ.
Ana evə dirək,həm də ki, çıraq,
Anamız anası torpaq, Vətəndir.

Ana torpaq, yoxsa torpaq anamız.
Ilkin, son mənzildir, aman-andımız.
Əzəli-əbədi yurd sandığımız
Torpaq qarıç-qarış bütöv Vətəndir.
Torpağa məhəbbət,Anaya olan tükənməz sevgidən başlayır.Anaya sevgi vermədən necə vətəni sevmək olar?Anamın anası torpaq,torpağın anası Vətən.Sözün qüdrətinə bax, bu sözü qüdrətə mindirən Şair Tapdıq Əlibəyli qələmidir.
Kökü torpağın dərinliyində,gövdəsi torpaq üstündə şaxələ- nən şairin bu misralarda torpağa olan sevgisinin təzahürüdür.Mayası halallıqdan yoğrulan şairin Vətənə olan sevgisindən qaynaqlanır bu misralar. Şairin doğulub boya-başa çatdığı doğma kəndi haqqında yazdığı şeir bir kəndin coğrafiyasını,tarixini,relyefini əks etdirir.Dağ havası,yurd sevdası,təbiət təsviri bu şeirdə elə rəngarəng çalarlarla işlədilib ki,sanki şeir rəssam fırçasının sehirli naxışları ilə cilalanıb.Ağsaqqalı –ağsaqqal,ağbirçəyi –ağbirçək,kişi qeyrətli oğulları olan bu kənddə qapılar qıfıl görməz, qonağına it hürməz, insanları haram bilməz kəndin el adət-ənənələrinə sadiq olduğunu şair qürur hissi ilə vurğulayır.Yalnız belə bir toxumu halallıqdan yoğrulmuş torpağın insanları xoşbəxt yaşamağa məhkumdurlar.
Tanrı yazan bir əzəli ünvanım:
Dağ havası, yurd sədası –Bürzünbül
Göz açdığım, söz açdığım – rəvanım,
Dağ həvəsi, yurd sevdası –Bürzünbül.

Qapıları açar-qıfıl görməyən
Bir el etməz əmənatə xəyanət.
Qonağına iti belə hürməyən
Kişilərin xislətində sədaqət.

Ağsaqqalı, ağbirçəyi bir örnək,
Qız-gəlini ismət-həya timsalı.
Oğulları ər yolunu seçərək,
Dəyanətdə sərt, sal qaya misalı.

Sadəliyi səmimiyyət batmanı,
Kədəri də, sevinci də bölüşər.
Halallıqdan yoğrulubdu imanı,
Bir-birinin köməyinə yetişər.

Gözəl şeiri ilham odu yaradır,sehirli-əfsunlu ilham.Kantın fəlsəfəsinə görə;-“Yaxşı şeir ruhu canlandırmaq üçün ən qüvvətli vasitədir.”Yaradan bəhrəli xəyal yüksək qabiliyyətini şeirdə təcəssüm etdirir.Taleyin bəxşişidir bu ali nemət,ötəri əyləncə deyil.Şair Tapdıq Əlibəyli Tanrı sevgisinə söykənərək qüdrətli söz meydanında sağa-sola at çapır.Aşağıda dediyi misralar bunun bariz nümunəsidir:

Insan məhəbbəti, torpaq qüvvəti,
Torpağın gücündə Tanrı qüdrəti,
İçimdə yaşanan sözün heyrəti,
Əzəli-əbədi ülviliklərdir.

Səcdə etdiyimiz Mütləq Yaradan,
Söz ilə dünyanı var etdi yoxdan.
Sözün cazibəsi ayrılmır ruhdan,
Əzəldə xəlq olan ilk mələklərdir.

Şairliyə “peşə”demək günahdır,o bəxtdir,ayrı qismətdir; peşə öyrənilir,şair doğulur.Onda nədir şairliyin meyarı,nədir onu başqalarından seçən?Şairin aşağıdakı hikmət dolu misralarında bu suala dolğun cavab verilir:
Şairlər bir ömür eşq sərxoşları,
İlham pərisinin hüsnündən xumar.
Könül misra-misra söz naxışları,
Başına həmişə çəkilməz tumar.
Şair Tapdıq Əlibəylinin varlığında odu sönməz sənət eşqi yaşayırHardan başlanıb bu eşqin tükənməz,əzəli həyat çeşməsi? Ana təbiətdən –ana torpaqdan,mənəvi köklərin dərinliyindən, ömrə məna verən yurd sevgisindən, bir də, birdə ayna bulaqların gözündən axan dumdru çeşməyə bənzər söz çeşmə-sindən.Tapdıq Əlibəylinin söz çeşməsi qaynar bulaqlara bənzəyir.Şair söz xətrinə söz demir.onun sözə çəkdiyi boya, vurduğu zinyət,verdiyi nəfəs sözü daha da qüdrətli,əzəmətli edir.Sözə nəfəs verməsən söz yaşıyarmı?Sözə ürəyin istisini,hərarətini verməsən o söz ürəkləri isidərmi?Ona görə də Şair sözü yoğurub bişirmədən ortaya çıxarmır:

Göydən enən mələkdir,
Simurqdan tel, lələkdir,
Ruhumuza gərəkdir,
Misralanan ulu söz.

Tər qönçədir, çiçəkdir,
Həlim, zərif, ipəkdir,
Ahı neydir, tütəkdir,
Misralanan ulu söz.

Dinən könül, diləkdir,
Ovundurur, dirəkdir.
Dolan bulud, şimşəkdir,
Misralanan ulu söz.

Ələməyə ələkdir,
Bələməyə bələkdir,
Kürümüzə kürəkdir,
Misralanan ulu söz.

Şairin qələmə aldığı BAHARLA PAYIZIN GÖZƏLLİYİ TƏK.” Şerinə nəzər salaq.Tək bu misraları analiz edəndə şairin nə qədər söz ehtiyatı olduğu üzə çıxır.Təbiət təsvirini bu cür dolğun,mükəmməl təsvir edən şairlərə az-az rast gəlmişəm deyəndə yanılmaram. Payız ilə yaz fəslində bir oxşarlığın olduğunu şair bu şeirdə elə ustalıqla ifadə edir ki,oxucunu heyrət bürüyür:

Gözümə, könlümə köçən gözəllik,-
Tanrıdan boy alan bir əzəlilik.
Gəlimdən gedimə yol-əbədilik…
Baharla payızın gözəlliyi tək.

Yarpaq gözəlliyi-baharın hökmü,
Zəzan gözəlliyi – yarpaq tökümü.
Gəlimin gedimi-ilkə dönümü…
Baharla payızın gözəlliyi tək.
Şair Tapdıq Əlibəyli Haqqa bağlı bir şairdir.Bütün ruhunu,varlığını daima haqqa bağlayır.Ona görə, nisgilli əndişələrdən xilas olmaq üçün nicat yolu Ulu Yaradanın dərgahına sığınmaqdır.Elə on görə də Tapdıq Əlibəyli poeziyası həmişə geniş oxucu tərəfindən sevgiylə qarşılanır. Aşağıdakı misralarda şair ruhunu həmişə Allaha tapşıraraq Onu Allah sevgisiylə oxşayır:

Adəm - Həvva haqdan gəldi,
Bu xəmirdən yoğrulmuşuq.
Şeytan haqqı üstələdi,
Haqqa dayaq doğulmuşuq.

Haqqa pənah gətirmişəm,
Əyri yolu itirmişəm.
Qəlbimdə Haqq bitirmişəm,
Şərəfimdə halallıq var.

Vətən torpağının azdlığı uğrunda Xalqımızın apardığı haqlı mübarizədə Şair öz qələmini süngüyə çevirib mənfur düşmənə tuşladı.Xalqımızı, ordumuzu, qəhrəman əsgərlərimizi öz qələmiylə ruhlandıraraq qələbəyə səslədi.
Şükürlər olsun ki, Ali Baş Komandanın apardığı dərin siyasət nəticəsində, xalqımızın birliyi syəsində,yenilməz ordumuzun qəhrəmanlığı sayəsində biz zəfər çaldıq.Bir çox şairlər kimi Əli bəy də öz iti qələmi ilə qələbəyə öz töhfəsini veri:
Döyüş meydanında yenildi yağı,
Düşmən sırğa etsin qoy ağ bayrağı.
Sərkərdə gur çatıb tonqal, ocağı,
Qələbə tarixi yazdı 44 gün.

Vətən bel bağladı ərənə, ərə,
Oğullar sinəsi döndü sipərə.
İşğalçı tuş gəldi polad təpərə,
Hayların halayın pozdu 44 gün.

Şair dostum Tapdıq Əlibəylinin yaradıcılığı haqqında danışmaqla,yazmaqla bitib tükənən deyil.Şairin qələm dostlarının Onun haqqında yazdıqları dedik-lərimin bariz nümunəsidir.Onu da qeyd etmək istəyirəm ki, çox şaxəli zəngin poeziyamızın inkişafında Tapdıq Əlibəylinin Öz imzası,öz dəst-xətti var.Mən Şairin bir şeri ilə fikrimi tamamlamaq istəyirəm;-Yolun açıq olsun,qələmin iti olsun qardaşım. Yaradıcılıq yolunda həmişə uca zirvələrdən səsin gəlsin.Sən buna layiqsən.

ƏFƏRDƏYƏM, YOL GEDİRƏM QƏLƏMLƏ

Həqiqəti axtararam,araram,
Yalanları yarı yolda yoraram,
Yolumdakı alaqları yolalaram.
Səfərdəyəm, yol gedirəm qələmlə.

Qatarından ayrı düşüb “Durnalar”,
Torpağımın sinəsində yaralar,
Köz-köz olur qələmimdə misralar,
Səfərdəyəm, yol gedirəm qələmlə.

Karvan-karvan bu dünyadan qəm keçir,
Damla-damla göz ürəkdən su içir.
Çox dərdlərə dərman olan hələ sir…
Səfərdəyəm, yol gedirəm qələmlə.

Qəlb yerinə daş daşıyır daş ürək,
Daş ürəkdən bəlkə özü daş kövrək,
Gün üzünü örtüb bulud, çax, ürək,
Səfərdəyəm, yol gedirəm qələmlə.

Daş daşiyan daş ürəklər yorulmur,
Damarlarda qan lillənib, durulmur,
Təmiz ürək ünvanları sorulmur,
Səfərdəyəm, yol gedirəm qələmlə.


Alim DƏRƏLƏYƏZLİ
Şair - publisist.
“Yazıçılar İttifaqının üzvü. Jurnalistlər birliyinin üzvü. “Qızıl Qələm” mükafatı laureatı

Oxunub: 4 991
Oxşar xəbərlər
SON XƏBƏRLƏR