dini radikalizm və ekstremizmlə mübarizə

Sevilin intiharı haqqında və ya Paris illüziyası


Makidoniyalı rejissor Svitozar Ristovskinin "İllüziya" adlı bir filmi var, balkanlı balaca bir oğlanın həyat dramından bəhs edir; demək Marko adlı bu oğlan yoxsul bir qəsəbənin, kasıb bir ailəsində gül kimi həyatını yaşayırdı, bəlkə də böyüyüb müəllim olacaqdı, həkim olacaqdı, və elə beləcə sakit-sakit yaşayıb ömrünü başa vuracaqdı, əgər bir məsələ olmasaydı.

Bir gün Markonun ədəbiyyat müəllimi öz motivasiyası ilə onun bədbəxtliyinin təməlini qoydu, "sənin içində şairlik istedadı var, sən bunu inkişaf etdirməlisən, yaxşı bir şer yazsan hətta Parisdəki şer festifalına da qatıla bilərsən" -dedi və...

Bu söhbət Markonun ayaqlarını yerdən ayırıb onun ağlını çaşdırdı. Bundan sonra Marko yalnız Paris illüziyasına aludə oldu və elə buna görə də artıq buralara sığmadı, nə qəsəbəsini, nə ailəsini sevə bildi, ailəsiylə arası açıldı, dostlarıyla konfiliktə girdi...

Parisə getmək üçün bilet pulu lazım idi, Marko kimi tərbiyəli uşaq buna görə oğurluğa da qurşandı, lakin olmadı, xəyalına qovuşa bilmədi, üstəlik, özü də get-gedə pozğunun təkinə çevrilmişdi. Bir yandan da sinif yoldaşları Markonu bərk incidir, təhqir edirdilər, və təbii ki, Markonun onlara gücü çatmırdı, o axır məcbur olub tapança əldə elədi və nəhayət...

Tamaşaçı Markonun hansısa sinif yoldaşını öldürəcəyini gözləyərkən rejissorun manevri adamı heyrətə gətirir: Marko tapıb öz müəllimini güllələyir, müəllim ölür, film də bitir.

Film Nitçenin bu fikiri ilə başlayır: Ümid pisliklərin ən yekəsidir, çünki o, insanın ağrılarını uzadır.

Adını "Paris illüziyası" qoyduğum bu sindrom bilirsiz nə qədər gənci məhv edib? İllüziya, miraj, sərab...

Birinin içində nəyəsə arzu yaradarkən onun reallıqlarını (!!!) nəzərə almayanda belə olur. İt də gedir, ip də.

Feminizm Azərbaycanda hal-hazırda eynən bu işlə məşğuldur.

İlqar Kamil

Oxunub: 1 564
Oxşar xəbərlər
SON XƏBƏRLƏR