dini radikalizm və ekstremizmlə mübarizə

ƏLİZADƏ ƏHMƏDLİNİN POEZİYA DÜNYASI


MƏNİ Ə Z A B L A R D AN QORU , İ L A H İ !

Toplayıb gücümü ölümqabağı ,
Öpərəm son dəfə daşı , torpağı .
Uçurub ruhumu mələksayağı
Seçəcəm əbədi goru, İlahi !
Məni əzablardan qoru , İlahi !

Ölüb əzablardan qurtulacağam ,
Sənin dərgahına atılacağam ,
Çürüyüb torpağa qatılacağam ,
Çəkmə günahıma sarı , İlahi !
Məni əzablardan qoru , İlahi .

Paklığım sidrlə kafur suyunda ,
Günahım başımın tükü sayında .
Ölüm-həqiqətdə , həyat oyunda .
Həyat-yadı şeytan , yarı-İlahi !
Məni əzablardan qoru , İlahi !

Başdaşım nişangah daşı olanda ,
Başdaşım ölümə yaşıd olanda ,
Ruhum bir səməndər quşu olanda
Onda köməyim ol , barı , İlahi !
Məni əzablardan qoru , İlahi !

Mənim ilk inamın, son imanım sən ,
Mənim ilk dayağım , son gümanım sən ,
Mənim ilk ünvanım , son ünvanım sən
Yoxdur səndən başqa ayrı İlahi ,
Məni əzablardan qoru , İlahi !
Məni əzablardan qoru , İlahi !


Y A R D I M L I N I N

Laləzardır hər bir yanı,
Dağ havası can dərmanı.
Loğmanımdır çən dumanı
Y A R D I M L I N I N !

Dirijoru sıra dağĺar,
Bəstəkarı-buz bulaqlar.
Min illərlə tarixi var
Y A R D I M L I N I N !

Zirvələrə tüldü duman,
Sağı-solu yaşıl orman,
Övladları igid, aslan,
Y A R D I M L I N I N !

Tərifinə yetməz dilim,
Qayaları dilim-dilim,
İnsanları sadə, həlim
Y A R D I M L I N I N !

Min ağacı, min kolu var,
Keçilməyən dağ yolu var,
Savalanda bir qolu var
Y A R D I M L I N I N .

Ormanları yaşıl-yaşıl ,
Şəlaləsi dağdan aşır,
Gözəlliyi aşıb-daşır
Y A R D I M LI N I N !

Yaşıdı yox öz yaşında,
Dağ yaşında, düz yaşında .
Sonbeşiyi yüz yaşında
Y A R D I M L I N I N .

Qurban olum mən bu ada,
Obaları ada-ada .
Bir oğlu da Əlizadə
Y A R D I M L I N I N !


AĞLAR , ŞƏHİD ANASI

O bir mələk donunda ,
Hamı onun yanında ,
Bir yanğı var canında -
Şəhid olub balası ,
Ağlar şəhid a n a s ı .

Layla çalar ahəstə
Sinə daşları üstə .
Laylası bəstə- bəstə ,
Tutar oğluna yası ,
Ağlar şəhid a n a s ı .

Aparar onu xəyal ,
Üzündə doğar sual ,
Olar cavabında lal .
Geyinib qəm libası ,
Ağlar şəhid a n a s ı .

Oğlu sevib torpağı ,
Qorudu Qarabağı .
Kəfən geydi bayrağı ,
Məğrur durar atası ,
Ağlar şəhid a n a s ı .

El-oba matəm saxlar ,
Analar qara bağlar ,
Tabutunu qucaqlar ,
Yolar saçın sonası ,
Ağlar şəhid a n a s ı .

İçər dərdi - möhnəti ,
Çəkər oğul xiffəti .
Vətənə məhəbbəti-
Şəhid çiyərparası ,
Ağlar şəhid a n a s ı .

Oğul düşmən çəpəri ,
Dizində var təpəri ,
Ölər , çəkinməz geri ,
Qan versə də yarası ...
Ağlar şəhid a n a s ı .

Sinəsin sipər edər ,
Vətən borcunu ödər ,
Vətənə qurban gedər ,
Olmaz vətənə asi ,
Ağlar şəhid a n a s ı .

Ruhun ovutmaq üçün ,
Dərdin unutmaq üçün .
Təsəlli olmaq üçün
Yanında el- obası ,
Ağlar şəhid a n a s ı .


U Ş A Q L I Q
X A T İ R Ə L Ə R İ M

Uşaq yaddaşıma sığınıb hərdən
Ayrıla bilmirəm xatirələrdən .
Onda biz bilməzdik dünya genişdir,
Həyat gah yoxuşdur, gah da enişdir.
"Qarğı"atımızı minib qovardıq ,
Qoyun otarardıq, mal otarardıq .
Təzəcə çıxardıq elə ki, qışdan
Örüyə gedərdik durub obaşdan .
Gecə mal otarmaq cəfalı idi ,
O zaman itlər də vəfalı idi .
İldırım çaxardı , yağış yağardı .
Çobanlar örüşdə ocaq qalardı.
Biz qaçıb zəmidə sanki itərdik ,
Gah da xəlvət yerdə sütül ütərdik ,
Onda qoruqçular rəhmsiz idi,
Nə bilim, bəlkə də, o cür düz idi .
Onda həyat özü nağıldı bizə,
Nağıllar şəkərdi, noğuldu bizə,
Böyüdük dünyadan xəbərsiz kimi,
Sonra öyrəndik ki, dünya böyükdür .
Torpaqlar, dənizlər bölük- bölükdür,
Sərhədlər torpağın belinə yükdür .
Bildik ki, bir yaqut parçası Vətən
Tarixin hökmüylə bölünübdü tən.
Fəsillər dəyişib illər ötsə də ,
Mənim uşaqlığım çoxdan itsə də ,
Oaralan ocaqlar əzizdir mənə ,
Qocalan uşaqlar əzizdir mənə ,
İndi həyatımın bu zirvəsindən
Uşaqlıq çağıma enmək istərəm-
Bu böyük, bu nəhəng Yer kürəsindən
O kiçik dünyama dönmək istərəm .

Ə l i z a d ə ƏHMƏDLİ

Oxunub: 1 826
Oxşar xəbərlər
SON XƏBƏRLƏR