Azərbaycan VII əsrdə Ərəb xilafəti tərəfindən işğal olunduqdan sonra xalqımızın həyatına qardaşlıq, sülh və bərabərlik kimi ali dəyərləri özündə cəmləşdirən bir kamil İslam dini gəldi. İslam dininin 5 ən vacib şərti vardır: kəlimeyi-şəhadəti bilmək, namaz qılmaq, oruc tutmaq, Həccə getmək və zəkat vermək. Artıq bunların xaricində bir əməl yerinə yetirmək düzgün deyil. Çünki, dinin sütunları məhz bunlardır. Azərbaycan xalqı öz müsəlmanlığını 900 il, yəni ki, XVI əsrin əvvəllərinə qədər beləcə sülh içində yaşadı. Bu dövr ərzində dindaxili narazılıq, fikir ayrı-seçkiliyi, məzhəb təəssübkeşliyi, təriqət sevdalılığı yox idi. Əlbəttə ki, bunlar 1501-ci ildə Səfəvilər sülaləsi Azərbaycan taxtına çıxandan sonra baş verdi. Ərdəbil şeyxləri, Şah İsmayıl Xətai və onun tərəfdarları hakimiyyətə gəlmək üçün əllərində ideoloji vasitə kimi məhz "Şiəlik" cərəyanını görürdülər. Onlar sırf bu yolla xalqın rəğbətini qazanmaq və insanları şiələşdirərək özlərinə tərəfdar toplayır, taxt-taca yiyələnmək üçün mövqelərini möhkəmləndirməyə çalışırdılar. Çünki, Səfəvilər sülaləsinin hakimiyyətinə qədər olan dövrdə Azərbaycanda padşahlıq edən bütün hökmdarlar sünni əqidəli idi. Ərdəbil şəhərində məskunlaşan Səfəvi şeyxləri isə xalqın beynini dolduraraq onların zülm, əzab-çəkməsini məhz sünni hökmdarlarının hakimiyyəti ilə əlaqələndirir və əgər onlar özləri hakimiyyətə gələrsə, haqq-ədalətin bərpa olunacağını, xalqın rifahını təmin edəcəklərini insanlara çatdırırdılar. Səfəvi şeyxlərini "Şiəlik" adlı ideologiyaya cəlb edən isə heç şəkk-şübhəsiz ki, Misirdən gələrək fitnə-fəsad törətməyə çalışan, Azərbaycan xalqının dini inancını qeyri-ənənəvi məzhəb altında dəyişdirməyə cəhd edən Şəmsəddin Lahıci adlı bir yəhudi idi. Bu adam sonralar Şah İsmayıl Xətainin də şəxsi müəllimi olmuşdur. Şah İsmayıl Xətainin gənc yaşlarında ikən, taxt-taca sahibləndiyi gün Təbriz şəhərində sünni olduqlarına görə çox müsəlman türkün qanı töküldü, var-dövləti edildi, ailələrinə təcavüzlər olundu. Çünki, Şah İsmayıl Xətai və başkəsənləri xalqdan tələb edirdi ki, onlar İslam dininin böyükləri olan Əbu Bəkrə, Ömərə, Osmana və Aişəyə lənət oxusunlar. Təbriz şəhərinin müsəlman əhalisi isə belə bir hərəkət etməyə cürət etmədilər və Allahdan qorxdular. Lakin qızılbaşlar onların əksəriyyətini şəhid etdi. Təbrizlilərdən bəziləri öz dədə-baba yurdunu qoyaraq Anadoluya və digər torpaqlara qaçdılar. Çünki, başqa yolları yox idi: əgər burada qalsaydılar, ya səhabələri söyməli, onlara lənət oxuyaraq günaha batmalı idilər və ya da ki, bu günaha batmamaq üçün qanları axmalı idi. Beləliklə, Azərbaycanda Səfəvilər sülaləsinin və onların quldur qızılbaşlarının qılıncı hesabına Şiəlik məzhəbi yayıldı, qardaş qanı töküldü. İri imperialist Avropa dövlətlərinin fətvasına gedən, aldanan Səfəvilər sülaləsi dini 2 yerə böldülər və bu günümüzə qədər olan bu böyük dindaxili çaxnaşmanın əsasını qoydular. Xalqımız bu günləri təkcə o səhabələrə yox, elə bir-birlərinə də lənət oxuyurlar. Bir daha dediyim kimi, bu məzhəb düşmənçiliyinin kökü isə Səfəvilər sülaləsinin ilk padşahlıq dövründən gəlir və birmənalı olaraq oradan qaynaqlanır. Odur ki, müsəlman xalqımız məzhəb üstündə, təriqət ayrı-seçkiliyi edərək bir-birinə düşmən gözü ilə baxmamalıdır və bir-birinə həqarət dolu ifadələr işlətməməlidir. Bilməliyik və heç vaxt unutmamalıyıq ki, tarixi uzaq keçmişdən gələn məzhəblər Azərbaycan xalqını bir-birindən ayırmaq üçün xarici dövlətlərin əlində yalnız bir siyasi vasitədir. Belə şeylərlə parçalanmaq olmaz. Hər kəs bir mövqedə dayanır və bütöv məqsəddən uzaq düşür. Hər zaman ölkəmizin xeyirini düşünməli, dövlətin yanında olmalı və millətin taleyini məzhəbləri yaradaraq fitnə-fəsad törətməyə çalışan iblis xislətli xarici qüvvələrin qanlı caynaqlarına buraxmamalıyıq! İran və Səudiyyə Ərəbistanı İslam dinindən yalnız öz çirkin məqsədləri üçün istifadə edirlər və sizlər də bu iyrənc məqsədlərin uşağı olmayın.
Ərtoğrul Aypar
Oxunub: 2 951