dini radikalizm və ekstremizmlə mübarizə

Niyazi Bayramovun tapşırığı ilə şəhid atasına əlil arabası, məktəbliyə kompüter verilib

Niyazi Bayramovun tapşırığı ilə şəhid atasına əlil arabası, məktəbliyə kompüter verilib

Gəncənin “Gəncəçay” Park-Bulvar Kompleksində abadlıq işləri həyata keçirilir.

APA-nın yerli bürosunun məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Gəncəçay “Park-Bulvar Kompleksində görülən işlərlə yerində tanış olub.

Gəncənin “Gəncəçay” Park-Bulvar Kompleksinin ərazisində yeni idman qurğuları quraşdırılaraq əhalinin istifadəsinə verilib. Yaxınlıqda yaşayan sakinlərin asudə vaxtının səmərəli təşkili və idmana olan marağının artırılması məqsədilə quraşdırılan idman qurğuları ilə bərabər, bura uşaqların əyləncəsi üçün atraksionlar da gətirilib. Park-bulvar ərazisində yeni sanitar qovşağı və azyaşlı uşağı olan analar üçün otaq inşa edilərək, istifadəyə verilib.

Aparılan abadlıq işləri ilə yerində tanış olan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov park-bulvar ərazisində sakinlərlə də söhbət edib.

Şəhid Zahid Hüseynovun anası Sahilə Hüseynova icra başçısına yaxınlaşaraq, şəhərdə aparılan abadlıq işlərinə görə təşəkkürünü bildirib. Sahilə Hüseynova ilə söhbət edən Niyazi Bayramov şəhid ailəsinin problem və ehtiyacları ilə maraqlanıb. Şəhid anası həyat yoldaşının əlil arabasına ehtiyacı olduğunu bildirib.

10 saylı məktəbin şagirdi Məğrur Allahverdiyev şəhər rəhbərinə “Gəncəçay “Park-Bulvar Kompleksinin ərazisində quraşdırılan atraksionlar üçün təşəkkür edib. Niyazi Bayramov məktəblinin dərslərinin gedişatı ilə maraqlanıb. 3-cü sinifdə təhsil alan Məğrur, kompüterinin olmadığı üçün onlayn dərslərə qoşulmaqda çətinlik çəkdiyini qeyd edib.

Hər iki müraciət yerindəcə öz həllini tapıb. Belə ki, Niyazi Bayramov şəhid atasının əlil arabası, məktəblinin isə kompüterlə təmin edilməsi üçün müvafiq tapşırıq verib.

Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları şəhid Zahid Hüseynovun ailəsini ziyarət edərək, şəhidin atasına əlil arabasını təqdim ediblər. Sahilə Hüseynova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirərək, təşəkkür məktubunun ölkə başçısına çatdırılmasını xahiş edib.

10 nömrəli məktəbin şagirdi Məğrur Allahverdiyevə isə kompüter hədiyyə edilib. Məktəbliyə dəsrlərində uğurlar azrulanıb. O da öz növbəsində göstərilən diqqətə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirib.

Oxunub: 4 798
Oxşar xəbərlər
SON XƏBƏRLƏR