Səxavət Qarabağlı Məmmədova Məhəmmədəli qızı 1977-ci ildə, Tərtər rayonu Səhləbad kəndində dünyaya göz açmışdır. Ata yurdu Ağdam rayonu Şurabad kəndində yaşamışdır və 14 yaşından , şeir yazmağa başlamışdır. 1992-ci ildə məcburi qaçqın köçgün düşdükdə, şeirləri də evlərində qalır. Uzun illər şeir yazmayan Səxavət Qarabağlı 2013-cü ildə təkrar şeir yazmağa başlayır. Və müxtəlif janrlarda yazdığı şeirlərində vətənpərvər mövzuya xüsusi yer ayırır.
Bu gün oxucularımıza Səxavət Qarabağlının şeir dünyası ilə tanış edəcəyik.
QƏLƏBƏ
Yadımdan çıxarmadım, sənin gözəlliyini.
Dünyanı gəzsəm belə, verməz sənin yerini.
Yaralayıb yardılar, dağladılar qəlbini.
Bir azcada səbr elə çatdı qisas zamanı.
Qələbə çalır Vətən gör uca, bayrağını.
Türkün əyilməyəcək heç zaman güclü qolu.
Düşmən üstə tikanlı, daşlıqdan keçir yolu.
Baş Komandan İlhamın Qələbədi uğuru.
Türk Bayrağı yanbayan asılacaq Şuşadan.
Mənimdə könlüm keçir hər zaman Qarabağdan.
Bu gün tarix yazılır, tariximin üzü ağ.
Düşməni dərdə düşsün dərdimiz qalax-qalax.
İgidlik simvoluyuq, dünyaya saldıq soraq.
Qələbə cəngisini yaxında çalar Vətən.
Mən bu elin qızıyam, Vətən üçün Şəhidəm.
Baş Komandan İlhamın budur, xalqına sözü.
Namərdin dağlanacaq bizə baxan pis gözü.
Qurban olsun xalqıma düşmənlərin qoy özü.
Qartallar torpaq üstə şığıyır, tökür qanı.
Tarixin yaddaşına yazır AZƏRBAYCANI.
Türk yolu haqqın yolu, bu yolu salanım var.
Qarabağı almağa can qoyubdu oğullar.
İgid qəhrəmanlara yaraşır ali adlar.
Vətənin sərkərdəsi, bilin İlhamdı dünya.
Komandanım baş əyir Şəhid doğan Anaya.
Zamanın ələyində, düşmən tozu qalmadı.
Qarabağ cənnət məkan düşmənlərin olmadı.
Səxavət Şurabad da, gül əkmişdi solmadı.
Qarabağ həsrət bitdi, Ağdamım var sorağı.
Əsgərlərim Ağdama asıb uca bayrağı.
TÜRK AZƏRBAYCAN BİR CAN
Cüt qardaş yazdı tarixə QƏLƏBƏ.
Bayrağım ucaldı, baxın hər yerdə.
Qarabağ da Məsciddə verin azan.
Qələbən mübarək can Azərbaycan.
Rəşadətli ordunun Komandanı.
Qələbən heyrətə, saldı dünyanı.
İlhamım Sərkərdəmizdi hər zaman.
Zəfər bizim Türkiyə Azərbaycan.
İgid Koroğlu, Nəbili, Vətənim.
Sinəsində Xari bülbül bitənim.
Səni bizə bəxş elədi yaradan.
Candan can ayrılmaz ki, Azərbaycan.
Şəhid ruhuna əydik hər an başı.
Qarabağın şəhid qanı, hər daşı.
Rəcəb oldu İlhamın can qardaşı.
Qələbəylə bitdi Vətən savaşı.
Ucalan bayrağım enməz heç zaman.
Bayrağdı İlhamla birgə ucalan.
Arxamızdı Rəcəb Tayyib Ərdoğan.
Qələbən mübarək can Azərbaycan.
Başını uca tut, bayrağın kimi.
Qarşına baş əydirmisən düşməni.
Sən oldun zəfərdə cəngini çalan.
Qələbən mübarək can Azərbaycan.
Səxavət sevincdən tökür, göz yaşı.
Türk oldu İlhamın doğma qardaşı.
Cüt qardaşa edim canımı qurban.
Qələbən mübarək can Azərbaycan.
Oxunub: 4 819