dini radikalizm və ekstremizmlə mübarizə

ÖLKƏDƏ SİQARET VƏ ARAQ SATIŞI QADAĞAN EDİLMƏLİDİR!


İnsan övladının axırına çıxan, onun ömrünü azaldan və puç edən iki qəddar vasitə vardır: siqaret və araq. Nə xoş o insanın halına ki, bu cür səfeh şeylərdən uzaqdır. Amma vay o kəsin gününə ki, bu cür zərərli vasitələrin artıq bir növ aludəçisinə çevrilmişdir. Allah insana bəlkə 100 il ömür verir. Lakin başıboş insanlar öz düşüncəsiz əməlləri ilə o ömrü əlliyə, qırxa, hətta otuza belə sala bilirlər. Bu isə, onların cahilliyindən və tüfeyli həyat tərzi keçirmələrindən irəli gələn bir bədbəxtlikdir. Kaş ki, millətimizin içərisindən çıxan bəzi gerizəkalı vətəndaşlar tütün və spirtli içki vasitələrinin nə qədər zərər-ziyanlı, insan ömrünü azaldan və həyatı məhv edən bir vasitə olduğunu daha dərindən dərk etmək gücünə malik olardılar...... Amma çox təəssüflər olsun ki, bu cür dərrakədən nə qədər uzaq düşdükləri bəllidir. Adəm övladı Yaradanın ona bəxş etdiyi ömrün, sağlamlığın, həyatın qədir-qiymətini bilməli, ona və özünə dəyər verməyi bacarmalıdır! İnsan bu fani həyata cəmi bircə dəfə gəlir: ancaq necə yaşaması, bu dünyadan rəzil, rüsvayçı, yoxsa müdrik kimi getməsi artıq onun öz əlindədir. Ağıllı bir kəs özünə hörmət etməli və onu hörmətdən salacaq əməllərə qol qoymamalıdır. Siqaret insan orqanizmini çox zəhərləyir, araq da ki, ciyərləri sıradan çıxardır. Bunu görə-görə öz həyatlarına laqeyd, biganə və etinasız yanaşan adamlar "adam" deyil. Hətta 2018-ci ilin yanvar ayının 29-da keçirilən bir konfransda cənab prezident də siqaretin insan sağlamlığı üçün nə qədər zərərli olduğunu və bunu bir xəstəlik hesab etdiyini ictimaiyyətin nəzərinə çatdırmışdır. Azərbaycanda siqaret və araq aludəçiləri nə qədər desən, o qədər də var. Azərbaycan vətəndaşının məhv olmasının qarşısını almağın yeganə yolu vardır: ölkənin hər bir yerində yerləşən bütün mağazalarda, dükanlarda, marketlərdə və iri alış-veriş mərkəzlərində tütün vasitələrinin və spirtli içkilərin satışına birmənalı olaraq qadağa qoyulmalı, gizli yollarla siqaret və araq gətirərək satanlar həbs edilməli və siqaret, araq alanlar, bunların aludəçiləri isə çox ciddi bir şəkildə cəzalandırılmalıdırlar! Bu cür zəhərli malları satan alverçilərin vecinə deyil ki, kim bundan ziyan görəcək və yaxud da ki, kiminsə sağlamlığında problemlər yaranacaq. İnsanların səhhəti onlar üçün heç də maraqlı deyil. Onlar üçün əsas olan insanların korlanmış səhhəti hesabına qazanacaqları puldur, mənfəətdir. Yaşlı adamların, cavanların ömrü-günü siqaret çəkməkdə, araq içməkdə keçir. Onlar həm özlərini məhv edir və həm də ki, cəmiyyəti səhv yola istiqamətləndirirlər. Onlar nümunə, örnək olmaq əvəzinə insanları yoldan çıxardırlar, onlara yaxınlaşan da elə onların tayı olur. Polis əməkdaşları da dəfələrlə bu cür naqis hərəkətlərə qarşı mübarizə aparmış və lazımlı tədbirləri görmüşdürlər. Ancaq bunu ölkə səviyyəsində gerçəkləşdirmək lazımdır və çox zəruridir. Çünki, insanımızı bu cür təhlükələrdən, uçurumdan, zəhərlərdən qurtarmalıyıq və xilas etməliyik!

Ərtoğrul Aypar

Oxunub: 4 948
Oxşar xəbərlər
SON XƏBƏRLƏR