dini radikalizm və ekstremizmlə mübarizə

NAZİM ABBAS POEZİYASININ İNCİLƏRİ


ELİM FÜZULİM.

Uşaqkən oynayıb biz də qaçardıq,
Sanki, bir quş kimi qanad açardıq,
Sevincdən günəş tək şəfəq saçardıq.
Səndə qaldı ən xoş günüm, Füzulim
Öz dogma vətənim, elim Füzulim.

Hər gecə yuxumda kəndə gedirəm,
Çünki, hamı gedir, mən də gedirəm.
Amma ki, yalandır, fəndə gedirəm,
Beləcə çox keçib ilim, Füzulim.
Öz dogma vətənim, elim Füzulim.

Qoynunda göz açdım, anam Horadiz,
Halına acıyam, yanam, Horadiz.
Artıq keçib neçə zaman, Horadiz,
Axan göz yaşını, qoy gəlim silim
Öz dogma vətənim, elim Füzulim.

İstəyirəm gəlim, qalım yanında
Əbədi bir məskən salım qoynunda.
Bizi anlamayan zalım yanında,
Mən necə danışım, gülüm, Füzulim?
Öz dogma vətənim, elim Füzulim.

İndi sənsiz gəlib, gör kim olmuşuq
Biri-birimizdən küskün olmuşuq
Səndən uzaqlarda köçkün olmuşuq.
O gündən qırıldı belim, Füzulim
Öz dogma vətənim, elim Füzulim.

Neçə vaxtdır görməyirəm üzünü,
Hey qınayıb danlayıram özümü
Söyləyə bilmirəm sənə sözümü
Sənsiz lal olubdur dilim, Füzulim
Öz dogma vətənim, elim Füzulim.


İLAHİ BU MİLLƏT NƏYİ GÖZLƏYİR?

Qaçqın düşdük, yoxdur ev də, eşik də,
Körpə kimi aglayırıq beşikdə.
Durmalıyıq biz Vətənə keşikdə,
İlahi, bu millət nəyi gözləyir?

Qarabaglıyam, mənim dərdim agırdır,
Gör neçə kənd, neçə şəhər alındı.
Niyə yurdum viran oldu, dagıldı?
İlahi, bu millət nəyi gözləyir?

Götürübdür bizi qüssə, qəm, fikir,
Xalq nə üçün yad əllərə göz tikir?
Düşmən ayagı altda qəbirlər itir.
İlahi, bu millət nəyi gözləyir?

Zəhər qatıb bu millətin aşına,
Xaç çəkdilər körpələrin başına.
Baxmadılar qoca-cavan yaşına
İlahi, bu millət nəyi gözləyir?

Agdamım, Füzulim agrıdır məni,
San ki, səsləyir gəl qurtar məni.
Buna macal vermir nankor erməni,
İlahi, bu millət nəyi gözləyir?

Azərbaycan, nələr yoxdur başında?
Kimlər at oynadır sənin qarşında?
Xocalı, Daşaltı qan yaddaşında.
İlahi, bu millət nəyi gözləyir?

Ürəyimdə çox arzum, çox sözüm var,
Çətinsə də, bu millətdə dözüm var.
Vartan deyir, Bakıda da gözüm var,
İlahi, bu millət nəyi gözləyir?


Azərbaycan respublikasının müdafiyə naziri general-polkovnik Zakir Həsənova son döyüşlərdə ithaf etdiyim yeni bir şeirim.

Yaşasın Azərbaycan!

Artıq səbir tükənib, artıq bu dözülməzdir,
Yolumuz döyüş yolu başqa yol gedilməzdir.
Gərəkdir şəhid olum, bu yolda axsın qanım
Yetər ki, azad olsun Qubadlı, Zəngilanım.
Mən ölsəm dərt etməyin, təki vətən sag olsun
Bir ölsək min öldürək yagılara dag olsun.
Nə qədər Qarabagda evlər sökülüb qalıb?!
Nə qədər günahsız qan orda tökülüb qalıb?!
Haydı hamı irəli! vətən üçün yürüşə,
An içində hazırıq Qarabagda döyüşə.
Neçə-neçə şəhidin xonçası baglı qalıb,
Neçə-neçə ananın ürəyi daglı qalıb.
Qarabag ürəyimiz, ürəksiz can olarmı?!
Qarabag da yoxdusa Azərbaycan olarmı?!
Döyüş əmri ver bizə qoy torpaqlar alınsın!
Tezliklə Qarabagda zəfər cəngi çalınsın.
Qoy bu zəfər əbədi olsun dillər əzbəri,
Çün ki, məglub edilməz Azərbaycan əsgəri.
Lazım gəlsə arxanda qardaş Türklər, Pakistan
Yer üzündən silinsin şərəfsiz ermənistan.
Sən ey Türk oglu Türksən, damarında pakdı qan,
Azad et Qarabagı! Yaşasın Azərbaycan.

Oxunub: 1 649
Oxşar xəbərlər
SON XƏBƏRLƏR