Yalanlar dünyası bezdirdi məni
Bu necə həyatdır,necə zamandır,
Yalanlar dünyası bezdirdi məni.
Əməllər tarixdə daim qalandır,
Necə bağışlayım ey insan səni?
Yalanlar dünyası bezdirdi məni.
Seçdiyin dost sənə xəyanət edir,
Ürəyindən atıb beləcə silir,
Xəyalın dolanır,xəyalın gəzir.
Doğrayır xəncərlə kövrək qəlbini,
Yalanlar dünyası bezdirdi məni.
Yalan ayaq tutub yaman yeriyir,
Ömür qatarıda dayanmır,gedir,
Şər-böhtan arxanca səni izləyir.
Həyat amansızdı ,pozur təbini,
Yalanlar dünyası bezdirdi məni.
Bəs niyə inandım bu insanlara,
Çörəyi diz üstə bax olanlara,
Dözə bilərəmmi bu çovğunlara?
Necə bağışlayım ey insan səni?
Yalanlar dünyası bezdirdi məni.
ELE BİLDİM SEVMİRSEN,UNUTMUSAN
Yaman soyuq olmuşdun anlamırdım.....
Elə bildim sevmirsən ,unutmusan.
İçin- için qovrulurdum,yanırdım.
Düşündüm ki, məndən kənar qaçırsan.
Elə bildim sevmirsən ,unutmusan.
Bahar idin qəlbimin yaz çiçıyi.
Sular sonasıydın göylər mələyi.
Hardan öyrənmisən belə küsməyi.
Cağırıram mənə dönüb baxmırsan.
Elə bildim sevmirsən ,unutmusan.
Sevirmişsən men niyə bilməmişəm.
İnci çiçəyimi şox incitmişəm.
Diyəsən qəlbinə möhkəm dəymişəm.
İndi gördüm sən mənsiz yaşamazsan.
Elə bildim sevmirsən ,unutmusan.
Qayıt mənə yolunu gözləyirəm.
Bu bağlı qapımı gəl aç deyirəm.
Anladım sevgini düzün deyirəm.
Sən mənim qolumsan həm qanadımsan.
Elə bildim sevmirsən ,unutmusan.
Vidadiyəm sənlə vurur ürəyim.
Qisqanıram axı səni neyləyim.
Gec gəlirsən,darıxıram çiçəyim.
İndi gördüm mənim al baharımsan.
Elə bildim sevmirsən ,unutmusan.
Gəlin itirməyək xalqın inamın
Xalqım çox inanır sizə rəhbərim,
Gəlin itirmiyək xalqın inamın.
Haqsızdıq çıxıbdı dizə rəhbərim,
Az qalır partlasın qəlbi adamın,
Gəlin itirmiyək xalqın inamın.
Hamı ağa olub bu məmləkətdə.
Bu gün haqda itdi bütün məktəbdə.
Saxtalaşdı inan müəllimlərdə,
Qazdılar təməlin böyük sarayın,
Gəlin itirmiyək xalqın inamın.
Məmurlar özünə yuva qurdular,
Dolayı yollarla səsi aldılar,
Yalandan özləri haray saldılar.
Ağzını açdılar yekə xaralın,
Gəlin itirmiyək xalqın inamın.
Sizə sadiq deyil ətrafdakılar.
Müəllim adına ləkə saldılar,
Qutudan özləri səs çıxardılar,
Pozdular millətin bu gün amalın,
Gəlin itirmiyək xalqın inamın.
Körpülər tikdiniz şəhər saldınız.
Kimsəsiz adama əl uzatdınız.
Çatmadı bunlara haq harayınız.
Aldılar səsini hər bir adamın.
Gəlin itirmiyək xalqın inamın.
Sevmişəm mən sizi sevəcəyəmdə.
Hər yerdə fəxr edib deyəcəyəmdə.
Haqsız məmurlara güləcəyəmdə,
Qoy haqqın versinlər məzlum bu xalqın,
Gəlin itirmiyək xalqın inamın.
Vidadiyəm haq demişəm,deyəcəm,
Xalqımla bir olub haqla gedəcəm,
Sizdən haq sözünü mən gözləyəcəm,
Siz möhkəm saxlayın gəmi sükanın,
Gəlin itirmiyək xalqın inamın.
Ay ana
Bu dünya fanidir əzəldən qara,
Üzlərə tikilib gözüm ay ana.
Ağdam həsrətiylə çəkildim dara,
Kimlərə üz tutum dözüm ay ana.
Şuşa bir xəyaldı qəlbimdə qalıb,
Laçını dığalar çoxdandı alıb,
Kəlbəcər qüssədən solub ,saralıb,
Kimsəyə qalmayıb sözüm ay ana.
Xocalı qırğını bizlərə dərsidi,
Keçmişdən danıçmaq artıq əbəsdi,
Xalğım didərgindi gəl daha bəsdi,
Yığışmır yollardan gözüm ay ana.
Xan kəndi ağlardı,Fizuli qəmgin,
Çalıblar qəlbini doğma vətənin,
Ağdərədən deyim,ya Xocavəndin,
Qurumur gözümdən yaşım ay ana.
Qubadlı,Zəngilan həsrətdə qalıb,
Cəbrayıl çinarı qəlbimi yarıb,
Deyirlər erməni onu partladıb,
Niyə ağır olub daşım ay ana.
Bulaqlar gözündən qanlı yaş tökür,
Acı bir həsrətdə qəlbimi sökür,
Qocalıqda gəlib qapımı döyür,
Açılmır bu dərddən başım ay ana.
Vidadi varlandı acgöz insanlar,
Çoxdan unuduldu qanlı torpaqlar.
Vətəndə didərgin gəzir uşaqlar,
Fikirdən ağardı saçım ay ana.
Nahaqq olub,haqqı dana bilməsin.
Elə bir vətən istəyirəm mən,
Nahaqq olub,haqqı dana bilməsin.
Xalqı bəhrələnsin əməllərindən,
Kasıbı düşünsün,eli gözləsin,
Nahaqq olub,haqqı dana bilməsin.
Məmur qapısında durmasın insan,
Qəlbi sızlamasın acı yaradan,
Bəhrələnsin dövlətindən,varından.
Araz boyu həsrət axıb getməsin,
Nahaqq olub,haqqı dana bilməsin.
Dərdin dərdi bilsin başda duranlar,
Unutsun rüşbəti rüşbət alanlar,
Dövlət başçısına yalan satanlar.
Bir az əməlindən qansın,utansın,
Nahaqq olub,haqqı dana bilməsin.
Buraxıldı milli məclis,nə gözəl,
Olacaqdı bu fərman axır əzəl,
Bağ bağ olar tökülsədə çox xəzəl.
Bağban bağban olsun,gözü qızmasın,
Nahaqq olub,haqqı dana bilməsin.
Oxunub: 1 548