dini radikalizm və ekstremizmlə mübarizə

Öz vətəndaşlarımız öz ölkəmizdə bir-birləri ilə nə üçün rus dilində danışırlar?!


Artıq milli dil yox olmuşdur

Bu gün böyük problemimiz Qarabağ məsələsi olduğu bir halda, üstəlik hələ bir çox gerizəkalı vətəndaşlarımızın ən gözəl dil olan milli dilimizi, yəni ki, Azərbaycan türkcəsini ayaqlar altına ataraq, vaxtı ilə, dədə-babalarını Sibirə, Maqadana sürgün edən nanəcib rusların dilində danışaraq ikinci bir problemi çıxartması, demək olar ki, çox dözülməz və ikrahdoğurucu bir haldır. Hər addımbaşı rus dilində danışan adamlara rast gəlmək, onların düşük-düşük rus sözləri ilə danışmasını eşitmək, inanın ki, adamın ürəyini bulandırır, belə vətəndaşlardan adam iyrənir. İctimai yerlərdə, xüsusilə parklarda rus dilində danışan vətəndaşlara çox rast gəlirik, bunlar da daha çox Sovet mətbəxində bişmiş qocalar, öz tarixini oxumağa həvəssiz olan gənclər və s. cavanlardırlar. Qocalar 71 il SSRİ dönəmində, daha doğrusu, rus əsarəti dönəmində yaşadıqları üçün onların yarısının rus dilində danışmasını, bu dildən məcburiyyət üzündən əl çəkə bilmədiklərini haradasa başa düşmək olar. Lakin onlar da səhv edirlər. Yaxşı, bəs cavanlara, gənc ailələrə nə olub? Hər addımbaşı rus dilində danışan bir cütlüyə rast gəlirik. Hələ özləri rus dilinin təsiri altına düşməkləri yetməzmiş kimi, hələ körpə uşaqlarını da rus dilində çağırır, onları bu dildə danışdırır və rus dilinə öyrəşdirirlər. Halbuki, balacaları Azərbaycan dilində danışmağa öyrətməlidirlər. Çünki, bu, onların müqəddəs borcu və vəzifəsidir. Ümumiyyətlə, nə qoca və nə də ki, cavan rus dilində danışmamalı, öz doğma, milli dilimizi yabancıların tapdağı altına atmamalıdır. Bəli, bu mənzərələr, bu acı səhnələr necə qəlb yandırmasın?! Göz görə-görə öz dilimizi öz vətəndaşlarımız qəsdən, bilə-bilə məhv edirlər. Belə adamları nə Allah bağışlayar və nə də ki, üzərində rahat-rahat gəzdikləri torpaq qəbul edər. Onlara bu torpağın üzərində gəzmək, bu torpağın havasını almaq, çörəyini yemək, suyunu içmək haramdır! Çünki, öz əziz vətəninin, doğma dilinin qədir-qiymətini bilməyən bir dəstə nankor, milli-mənəvi dəyərlərdən məhrum, vətən sevgisindən kasıb olan bir vətəndaş qrupuna qarşı bu torpaq da düşmən və barışmazdır. Bütün günü içməkdən başı ayılmayan, dərisindən donuz iyi gələn, Allahdan xəbərsiz, dədə-baba torpaqlarımızı gürcünün və erməninin vasitəsilə illərdir ki, işğal altında saxlayan, ölkəmizə qarşı hər an fitnə-fəsad qurmağa hazır olan şərəfsiz rusların dili bizim dilimizdən üstün ola bilməz. Bu dili ölkədə üstün mərtəbəyə qaldıran da mənim soydaşım, qandaşım ola bilməz. Belə insanları bağışlamaq olmaz, onları əfv etmək çətindir. Bir daha demək istəyirəm ki, heç bir dil mənim doğma Azərbaycan dilimdən üstün deyil və ola da bilməz. Bütün türk ölkələri bizim dilimizin gözəlliyindən danışır, ancaq gəl ki, bir qrup başıpozuq qoca, cavan bu dilin səviyyəsini aşağı salmağa cəhd göstərir. Əgər sabah 1920-ci ildəki kimi ruslar yenidən ölkəmizə daxil olsalar, heç şübhə etmirəm ki, haqqında danışdığım bu nankor insanlar rus ordusunu gül-çiçək ilə qarşılayarlar. Hələ də SSRİ-nin təzədən bərpa olunmasını, sevə-sevə bir daha rusun boyunduru altına girməyi çox böyük bir səbrsizlik ilə gözləyən xəyanətkar "vətəndaşlarımız" vardır. İnternetə yerləşdirilən videoların altından yazılan o xəyanətkar rəylərin əsasında bunları deyirəm. Görəsən, bu bədbəxtlər yenədəmi 1937-ci ildə xalqımızı kütləvi repressiyalara məruz qoyan: güllələtdirən, sürgün etdirən; 1948-1953-cü illərdə türkləri Qərbi Azərbaycandan zor gücünə öz dədə-baba yurdundan çıxardan;1990-cı ildə soydaşlarımızın üstündən iblisin tankları ilə amansız bir şəkildə keçən ruslar ilə, 1992-1994-cü illər arasında torpaqlarımızı haqsızcasına işğal edən, qarabağlıları öz torpağından didərgin salan, başını kəsən, dərisini soyan, el-obasında at oynadan ermənilər ilə birləşmək istəyirlər? Bəli, südüpozuq, qanı çirkli və sümüyü əyri olan adamlardan nə desən gözləmək olar. Bunların hamısının ən başlıca səbəbkarları da məhz adlarını ilk başda qeyd etdiyim həmin o rus dilində danışan axmaq vətəndaşlarımızdır. Mən bir namuslu türk vətəndaşı kimi, öz vətənini, millətini, bayrağını sevən bir vətənpərvər kimi Azərbaycanımızın belə işlər üzrə məsələlərə dair aidiyyatı olan qurumlarından, bu işlər ilə məşğul olan məsul şəxslərdən çox-çox xahiş edirəm ki, bu cür ictimai naqisliklərin, milli dil zəminində vətəndaş özbaşınalılığının; ölkəmizi, milli-mənəvi dəyərlərimizi məhvə aparan, vətənimizi düşmənin müstəmləkəsinə çevirməyə bilavasitə yardımçı olan bu cür şübhəli, dırnaqarası vətəndaşların haqqında tədbir görsünlər, onlara qarşı çox ciddi bir ölçülər götürülməlidir. Milli dil uğrunda çalışmalıyıq! İmkan verməməliyik ki, hər hansısa bir başıpozuq vətəndaş və yaxud da ki, vətəndaşlar ictimaiyyət daxilində, ictimai yerlərdə qeyri-Azərbaycan dillərini təbliğ etsin və yaysın. Belə şeylər yolverilməzdir!

Ərtoğrul Aypar

Oxunub: 2 289
Oxşar xəbərlər
SON XƏBƏRLƏR