QALX AYAĞA!
Tutulub torpağım,bölünüb Vətən,
Başımın üstünü alıb duman,çən,
Şuşam paytaxt oldu gavura həmən,
Nalə çəkir Qarabağın hər yeri,
Qalx ayağa Azərbaycan əsgəri!
Otuz ildir artıq,çox keçib zaman,
Hər gün axıdılır hey günahsız qan.
Gülür üzümüzə şərəfsiz düşman,
Həsrət qalıb əsirlərin gözləri,
Qalx ayağa Azərbaycan əsgəri!
Şərurla Zəngəzur,gözəl İrəvan,
Mehri getdi ayrı düşdü Naxçıvan,
Bir-bir qoparıldı ürəkdən bir can,
Daha bəsdir,qoy kəsilsin izləri,
Qalx ayağa Azərbaycan əsgəri!
Xocalım,Laçınım,Şuşam,Əsgəran,
Kəlbəcər,Cəbrayıl,Ağdam,Zəngilan,
Xankəndim,Füzulim,Qubadlım tüğyan,
Yana-yana gözləyirlər bizləri,
Qalx ayağa Azərbaycan əsgəri.
Daşınır ölkənin qızılı,daşı,
Vətən göylərinə hopub göz yaşı,
Qaçqındır bir milyon öz vətəndaşı,
Şəhid qanı sızıldadır düzləri,
Qalx ayağa Azərbaycan əsgəri!
Baban şah İsmayıl,Nadir şah əfşar,
Qurdu impperiya,tarixdə yaşar.
Hindistan tutuldu,dünya oldu car,
Bada vermə şan-şöhrətli illəri,
Qalx ayağa Azərbaycan əsgəri!
Ölək birdəfəlik ya da var olaq,
Kişilik rəmzini qoruyub qalaq,
Birləşib torpağı haylardan alaq,
Vətənimin təmizlənsin dərd-səri,
Qalx ayağa Azərbaycan əsgəri!
ƏLVİDA!
(yaxın bir dostumun
həyat hekayəsi)
Günəş də inciyib baxmırdı bizə,
Quşlar oxumurdu,süzürdü küsgün,
Təbiət susmuşdu,dayanmışdı lal,
Mən sənə"Əlvida!"dediyim o gün.
Ürəyin döyündü,gözlərin doldu,
Yanağın allandı,bənizin soldu,
Dünya gözlərimdə tarimar oldu,
Mən sənə"Əlvida!"dediyim o gün.
"Bəlkə ayrılmayaq"söylədin mənə,
"Ayrılıq çətindir,bağlıyam sənə"
Ruhum da alışdı hey dönə-dönə,
Mən sənə"Əlvida!"dediyim o gün.
Kədər pərdəsinə büründü üzün,
Kipriylərin endi,yumuldu gözün,
Danışa bilmədin üzüldü sözün,
Mən sənə"Əlvida!"dediyim o gün.
Göylər də hayqırdı.ildırım çaxdı,
Görüş ağacımız inləyib baxdı,
Qəlbim tel-tel oldu,gözlərim axdı,
Mən sənə"Əlvida!"dediyim o gün.
Gözün bulud oldu,göz yaşın yağış,
Dəniz də qəmliydi,etmirdi alqış,
Yaz da inciyərək dönüb oldu qış,
Mən sənə"Əlvida!"dediyim o gün.
O sənli günlərim bir-bir canlanır,
Ömür də şam kimi alışıb yanır,
Ürək intizarla çırpınır,anır,
Yanıldım"Əlvida!"dediyim o gün.
Gedəcək gözəlliyin
Gözəl!-Öyünmə gəl gözəlliyinlə!
Başları döndərən özəlliyinlə,
Qaşların yay,kaman,dartılıb dara,
Kipriyin ox olub , tuşlanıb hara?
Qapqara gözlərin çox gəlir xoşa,
Yanaqda xalların dayanıb qoşa,
O gözəl saçların,hey mənəm,mənəm,
Hay-həşir qopardır gərdəndə,sənəm.
Mirvari dişlərin bərq vurur öndə,
Lal olur baxışlar,susur önündə,
Yanağın oxşayır dağda laləyə,
Gülüşün bənzəyir bir şəlaləyə.
Bir mələksən,enmisən yer üzünə,
Görənlər aşiqdir gözəl hüsnünə,
Çox da qurrələnmə,fanidir zaman,
Gedəcək gözəllik, solacaq haman!
Adam var ki..
Adam var ki, ürəklərdən silinməz,
Adam da var gələr, gedər bilinməz,
Adam var ki, adamlığın itirməz,
Adam da var adamlıqdan naşıdır.
Adam var ki, unutmaz düz ilqarı
Adam da var tez atar dostu, yarı,
Adam var ki, könül açır vüqarı,
Adam da var uzaq olsan yaxşıdır.
Adam var ki, heç vaxt yalan danışmaz,
Adam da var nahaq söylər, utanmaz,
Adam var ki,verdiyi sözdən qaçmaz,
Adam da var saxta işin naxşıdır.
Adam var ki, dilində söyüş olmaz,
Adam da var, söyüşsüz bir an qalmaz,
Adam var ki pay verər, geri almaz,
Adam da var şər, böhtanın başıdır.
Adam var ki, dürr tökülür dilindən,
Adam da var beziyirsən əlindən,
Adam var ki, alqiş alir elindən,
Adam da var pisə təməl daşıdır.
Adam var ki, səhər-axşam işləyir,
Adam da var işləmədən dişləyir,
Adam var ki , halalına baş əyir,
Adam da var haramlar sirdaşıdır!