İNSANLAR SEVİNCDƏN AĞLAYAYDI KAŞ!
Müəllim sinifdə edərək söhbət,
Söylədi bizlərə,nümünə,ibrət.
Dedi:-Uşaqlıqdan danışım sizə,
Qoy nəsihət olsun hər birinizə.
Yaşca məndən böyük idi qardaşım,
Mənim etibarlı dostum,sirdaşım.
Atamız da orta boylu bir kişi,
Sevərdi hemişə zəhməti,işi.
Təhsilə verərdi diqqət və dəyər,
Halallıqla yaşar,hər gün işləyər.
Atamın sözünə etmədi hörmət,
Qardaşım qazandı özünə töhmət.
Tənqiddən sonra da,edərək inad,
Baxmadı sözünə,ey dadi-bidad.
Atam əsəbləşdi,alaraq ağac,
Başladı vurmağa,olmadı əlac.
Qardaşım yıxıldı həmən torpağa,
Papağını qalxan etdi çomağa.
Atam xeyli vurdu,o da dinmədi,
Ata zərbəsinə o,hirslənmədi.
Anamız ağlayıb gəldi haraya,
Qollarını açıb girdi araya.
Ağacı ataraq atamız getdi,
Həyətdə mərəkə qurtardı, bitdi.
Qardaşım hələ də,uzanıb səssiz,
Tərpənmir,qalmışdı o,hərəkətsiz.
Birdən papağını qaldırdı üzdən,
Gülüş çağlayırdı üzündən,gözdən.
Hamımız təəccüblə baxaraq ona,
O,da gülə- gülə öz papağına.
-Papaq xilas etdi inan,canımı,
Yoxsa yeyirdiniz siz ehsanımı.
Deye,xeyli güldü,anam sevindi,
Hamının qəlbinə şadlıq ələndi.
O,güclü,qüvvəli,hündür bədənli,
İyirmi bir yaşda,kürəyi enli,
Məhəllədə hamı qorxardı ondan,
Bəs niyə o özü qorxur atamdan?
Qardaşımdan yenə orda soruşdum!
Atamın ardınca bir xeyli coşdum.
-Bes niyə ağacı ondan almadın?!
-Niye atamızın qolun burmadın?!
Qardaşım burnuma vuraraq çırtma,
Dedi:-Sən burnunu hər yerə soxma!
-Hələ ki,uşaqsan,böyü,bilərsən!
Atanın gücünü onda görərsən!"
Qonşular,anam da,hamı gülüşdü,
Bu hadisə sonra yadıma düşdü.
Qardaş böyüklüyün sonra anladım,
Onun hərəkətin nümunə sandım.
..Ərkivan kəndinin təhsil ocağı,
Hamiya açmışdı geniş qucağı,
Əli müəllimin müdrik sözləri,*
Köçdü yaddaşlara,qaldı izləri.
Mövzunu dəyişək,kənara çıxaq,
Bu gün ki,zamana,həyata baxaq.
*
Söyləyim sizlərə gerçək bir həyat,
Hazırki zamanda,olmuş əhvalat.
Ata öz oğlunu danlayıb durur,
Dözməyib üzünə bir sillə vurur.
Oğul əsəbləşir,hey coşub-daşır,
Hərəkət,sözləri sərhəddi aşır.
Qapını çırparaq,evin tərk edir,
Qatara minərək xeyli yol gedir.
Atasi,oğluna göndərir xəbər,
-Qayıt gəl evinə,ay oğul yetər!
Atanın sözləri cavabsız qalır,
Başının üstünü çən-duman alır.
Günlər,illər keçir,dəyişir zaman,
Ata lap qocalır,bel olur kaman.
Ana çox darıxır,ağlayır hər gün,
Oğul həsrətiylə yanır büsbütün.
Yenə də edirlər,sifariş,soraq,
Oğlunun yerini verirlər uzaq.
Sifariş göndərir taniş-bilişdən,
Etina etmir o,qaçır görüşdən.
Atanın əlindən düşür ağacı,
Ana xəstələnir,oğul möhtacı.
Gözləri qapıda,hey verir soraq,
Oğul atasına yazmır bir varaq.
İşləyir,evlənir,ailə qurur,
Uşaq gülüşləri evinə dolur.
Maşın da o,alır sevinir,gülür!
İçindən ataya nifrət süzülür!
Cavankən atanın vurduğu sillə,
Getdikcə alışır,sanki bir güllə.
Getmir yaddaşından ata silləsi,
Unudulub çoxdan ananın səsi.
Oğul rus qızıyla olaraq həmdəm,
Ailə qurmuşdu onunla bu dəm.
Bir oğlu var idi,pasportda,İvan,
Atası,oğlunu çağırır:-Aycan!
***
Ata xəstələnir,düşür yatağa,
Qalxa bilmir özü dursun ayağa.
Gözlər zəifləyir,açılmır daha,
Ana,hey yalvarır gözəl Allaha.
Eşitmir kimsəni,dinləmir xahiş!
Dəyişir hərəkət,deyişir yeriş!
Məclisdə danışır ana Vətəndən,
Valideyn-övlad məhəbbətindən.
Bir ata, bir ana orda can verir,
Oğlun soraqlayir,ürək qan verir.
Dedilər:-Kinli olma,yubanma get!
Ölüm namazina heç olmasa yet!"
Ağsaqqal da getdi,eşitmədi,o!
Dosta da etina heç etmədi,o!
Ata gözləyirdi son kərə görsün,
Onu qucaqlayib üzündən öpsün.
Getmədi övladı,getmədi heyhat!
Qeribə işlərin olurmuş həyat!
Ata,can üstünde qapıya baxdı,
Onun gözlərindən damcılar axdı.
Gözləri qapıda həyatdan getdi,
Həyat tarixçəsi oğulsuz bitdi.
Özgə çiyinlərdə getdi məzara,
Ana xəstələndi,düşdü azara.
Ərinin yoxluğu,övladı nankor,
Gözləri olmuşdu ağlamaqdan kor,
Üzündə iztirab,ürəyində qəm!
Qapıya baxırdı gözlərində nəm!
Nisgilli ürəyi dayandı,durdu,
Ürəyi son dəfə oğulsuz vurdu.
O da,yoldaşı tək oğulsuz öldü,
Dərdini-qəmini içində böldü.
***
Mən də öz sözümü söyləyim heyhat,
Hərəyə bir cürə yazılır həyat.
Bir loxma çörəkçün düşürük iraq,
Doğmadan,Vətəndən hər şeydən uzaq.
Ürəyimiz gah oradadır,gah burda,
Ürek sizildayır,qalıbdır darda.
Ölüm haqq işidir,dəyişir zaman,
Oğul,yas yerine çatışmır haman!
Uçağa bilet yox,nece biz çataq?
Dərdə,dərdimizi bölüşək,qataq!
O anda çatırıq,ya can üstədir,
Ya da ki,köçübdür qəbr evindədir.
Quran,yasin,üçü,yeddisi,qırxı,
Fırlanır dəyişir,həyatın çarxı.
Yenə təkrar olur,həyat və ölüm,
Dəyişir nəsillər,dəyişir köçüm.
Baş ağrıyır,diş ağrıyır bilən yox,
Məzarımız yəsiz qalib,gələn yox.
Bir tikə çörəyçün düşmüşük çölə,
Həsrət qalmışıq biz, obaya,elə.
Hamı bir dərddədir,hamı bir gündə,
Yaxşı həyat eşqi alıb cənginə,
Uymuşuq həyatın bu ahənginə.
Maddiyyat hər şeyi axı hell etmir,
Mənəvi qidamız onlara yetmir.
Bir yerdə olaydı qohum-əqraba,
Qalmayaydı evlərimiz xaraba.
Həsrətdən gözlərdə olmayaydı yaş,
İnsanlar sevincdən ağlayaydı kaş!
*Masallı, Ərkivan orta məktəbin
müəllimi işləmiş gözəl insan,rəhmətlik
Əli Bağırzadənin vaxtılə bizə danışdıq-
-larından.
APARDI GETDİ
1976-Bakı
Sevgilim inciyib getdi yanımdan,
Ruhum da,ayrıldı qopdu canımdan,
Eşitmədi heç nə söz dəhanımdan,
Məni məndən alıb qopardı getdi,
Ürəyimi çəkdi,apardı getdi.
Məhəbbət olmasa yaşamaq çətin,
Əriyər ürəklər,olsa da,mətin,
Sevgisiz önəmi yoxdur cənnətin,
Sevgi payımızı ayırdı getdi,
Ürəyimi çəkdi,apardı getdi.
Yanında olanda vermirik qiymət,
Xırda qüsurlardan yaranır söhbət,
Əriyib yox olur,solur məhəbbət,
Məhəbbət dənizin o,yardı getdi,
Ürəyimi çəkdi,apardı getdi.
Hər gün axtarıram onu özümdə,
Sözləri canlanır,dinir sözümdə,
Gözünün izləri mənim gözümdə,
Sevgi dastanımı o,cırdı getdi,
Ürəyimi çəkdi,apardı getdi.
Onunla gəzməyə çıxırdıq qoşa,
Ürək sevinirdi,gəlirdi xoşa,
Tələbəlik dövrü çatırdı başa,
Məhəbbət romanım qurtardı getdi,
Sübhanı çəkdi,apardı getdi.
Əziz Allah
Danışanda sözlərimdən irəli,
Dünyaların həm axırı,əzəli,
Həyatımın son anları,əvvəli,
Əziz Allah ya Mühəmməd ya Əli.
Dünyaya gətirdi islamiyyəti,
Yaydı aləmlərə ilahiyyəti,
Bəxş etdi bizlərə imamiyyəti,
Əziz Allah ya Müəmməd ya Əli.
Qurani-kərimi yetirdi bizə,
Namazı,orucu hər birimizə,
Özün yaxın etdi ürəyimizə,
Əziz Allah ya Müəhmməd ya Əli.
Həmzə idi orda aslan biləkli,
Zənci Bilal,Abuzərdi ürəkli,
Əmmar Yasir Pəygəmbərə gərəkli,
Əziz Allah ya Mühəmməd ya Əli.
Imam Həsən məzlumlarin rəhbəri,
Imam Hüseyn həqq yolunun sərvəri,
Hər ikisi Peygəmbərin bənzəri,
Əziz Allah ya Mühəmməd ya Əli.
Peygəmbərin ürəyilə döyünən,
Öz canını fəda edən,söyünən,
Əli idi həqq donuna bürünən,
Əziz Allah ya Mühəmməd ya Əli.
Sübhan haqdan dilər yaxşı dünyanı,
Gözləyir düzələ həqqin səhmanı,
Axır qalib gələr Onun* imanı,
Əziz Allah ya Mühəmməd ya Əli.
Oxunub: 1 116