dini radikalizm və ekstremizmlə mübarizə

BACI HARAYI


Dünənim...bu günüm...
Anama, bacıma, qızıma, gəlinimə deyə bilmədiyim sirr sözüm...bir gün görməyəndə özümə yer tapmadığım...
Canım Fəqişim...
Bəlkə doğma bacın olsa o da hardasa ağlamaqdan yorğun gözlərini yumub az da olsa gözlərinin çimirini alardı...
Cansız bədəninə baxıb yanıb tökülürəm...Hara tələsdin axı????
Tək qalan kimi soruşurdun...Aləm inanırsan mən bir-iki il yaşayaram??? Əsəbləşirdim; Fəqiş, bax özünü toparla...ölməyi unut...Sevginin toyunda bir yerdə oynamasaq səni bağışlamaram!!!! Deyirdim...Amma gözlərində bir ölüm dincəldiyini hiss edirdim...
Fəqişim... bir şeirinə görə küsüb getdiyim bu Vətənə geri döndüm..
Elə haray çəkdin ki...Niyə qoyub geydin məni??? Şeirinin son sözü məni özümə qaytardı...
Sən də mənə Vətən idin...Ruhumun əkizi...
Sən bacım yox deyəndə səndən elə inciyirdim ki..
Axı mən doğma bacımı bəzən aylarla görməsəm dözürdüm...Sənsiz 3 gün qalanda ruhum sızıldayırdı...
Sənə belə izah edə bilmədiyim duyğuların içindəyəm... Mənə elə gəlir yazdığım yazını başımın üstündə durub oxiyursan...
Mən hələ səninlə bu dünyada darıxırdım...Nəsə yarımçıq idi...nəsə çatmırdı həyatımda...Bilmirəm...Mənə heç yazığın gəlmədimi??? Düşünmədinmi bu qız mənim qapımın ağzından necə keçər...
Mən olmayan tədbirlərdə yoxluğum onu necə göynədər???
İçimdə o qədər söz var!!!! Bacarmıram axı onları yazım!!!!
Sözlər bu ağrını yazmağa acizdi...
Mən indi sənin yoxluğundan yıxılmışam...Hər yerim ağrıyır Fəqişim...
Ülfətin, Ülkərin üzünə baxa bilmirəm... Yoxluğun onları elə balacalaşdırıb ki... Bükülüblər... sınıxıblar... İlqar otura bilmir...Sənsizliklə var-gəl edir evdə...
Səninlə sənsiz keçirdiyim gecə bitir...
Səhər açılır... Bu sabah səni Sabah anaya qovuşduracaq...
Canım Fəqişim...
Sənsən hər yer... Bakının hər yerində xatirələrimiz var...Gənclikdə tələbəliyimiz var... Sahildə işdən evə dönməyimiz...Koroğluda neçə avtobusu ötürüb ayrılmağımız...
Fəqişim... yağışlar yağanda gəl...Küləklər əsəndə gəl... bilsən çox darıxıram...yatsam yuxularıma gəl...
Bir göyərçin ol pəncərəmə qon...bir kəpənək ol güllərimə qon... mən biləcəm o sənsən...vallah biləcəm...
BACIN ALƏMZAR

Oxunub: 1 058
Oxşar xəbərlər
SON XƏBƏRLƏR