dini radikalizm və ekstremizmlə mübarizə

Əyyub Məmmədov –Yeni şeirlər


Sənsizlik

Sənsizlik elə zərbə vurub ki,
Çətin bir daha toparlanam mən
Yanmış, qurumuş bir budağam ki,
Sanma ki, bir daha çiçəkləyəm mən.

Sən elə getdin ki, izin qalmadı.
Bircə təsəlliyçün rəsmin qalmadı
Özünlə birlikdə alıb apardın,
Baxıb düşünməyə bir şey qalmadı.

Parkda, küçədə, geniş meydanda,
Səni axtarıram, külli cahanda.
Dolaşıb hər yerə nəzər salıram
Özümü odlara, suya atıram.

İlahi nə edim, necə yaşayım?
Belə yaşamağa yoxdur ilhamım.
Bitib gözlərimdə həyat inamım
Artıq yola çıxıb ömür qatarım.

Vaxtsız yaşlanıram, bükülür belim .
Dərd-sərim tükənmir qarışıb beynim
Görəsən nə olacaq mənim taleyim?
Sənsizlik əbədi qismətim mənim.

Tənha

Tənha bir ağac var, geniş çöllükdə,
Bu gecə fırtına onu qıracaq.
Tənha bir ürək var, bədən cismində,
Bu gecə onu infarkt vuracaq.

İndi bir qələm var, stol üstündə
Bitmiş bir sevgiyə şeir yazacaq.
İndi bir aşiq var, yataq dəstində,
Bu gecə sübhəcən bərk ağlayacaq.


Bu axşam təklik var, küçədə, parkda,
Çəkilib buludlar, görünmür ayım.
Bu axşam sakitdir böyük şəhər də,
Kimsəyə çatmayır, səsim, harayım.

Əyyub Məmmədov. jurnalist, şair


Oxunub: 3 277
Oxşar xəbərlər
SON XƏBƏRLƏR