dini radikalizm və ekstremizmlə mübarizə

Elə şeylər varki.......ona çatmaq belə mümkünsüzdür

Elə şeylər varki.......ona çatmaq belə mümkünsüzdür

Daş başına qarğış yaman bürüdü,
Narın qar tək bir gecədə əridi,
Zaval vurdu ya icindən çürüdü,
Gətirmədi bu sevdanın baxtı ha...

Kim eşitdi nə xəbərdi dedilər.
Görən kimi bəxtəvərdi dedilər,
Dəyib dəyib başımızı yedilər,
Bizə dəyən nəzərlı göz baxdı ha...

Mən deyirdim sonu olmaz nağıldı,
O nağıl kı bir dəryada boğuldu,
Nə tez uçdu, viran oldu, dağıldı.
Çürük imiş bu sevginin taxtı ha..

Bu kədəri gorən hara azdıram,
Dəfn etməkçün bəlkə məzar qazdıram.
Dava dərman qalmadıkı yazdıram
Deyən bunun bir əlacı yoxdu ha...

Qəm kök salıb bir təbəssüm yox heyif,
Nişangaha dəydi qəmli ox, heyif.
Gözə gəldi bu məhəbbət çox heyif,
Arxamızca danışanlar coxdu ha...

Olar dərdin bircə yönü, təhəri,
Zulum olmaz daha bundan betəri,
Varmı görən el obanın xəbəri?
Çəkdiyimiz qüssə, kədər, ahdı ha....

Görən kimin bağlanıbdır şələsi?
Növbə kimin, kimdir görən öləsi?
Nəsə belə...Allah xeyir eləsin,
Dünən gecə bir ulduz da axdı ha...
Elçin Məmmədov

Oxunub: 1 085
Oxşar xəbərlər
SON XƏBƏRLƏR