dini radikalizm və ekstremizmlə mübarizə

Yuxuda ziyarət etdiyim Seyidlər məkanı Perimbel kəndinə!!!

Yuxuda ziyarət etdiyim Seyidlər məkanı Perimbel kəndinə!!!

Səsimə səs verin!!!

Bura Perimbeldi,Seyidlər yurdu,
Burda Rəbbim özü cənnəti qurdu,
Çıx dağlar başına üzü günəşə,
Bu şair ürəyim sizinlə vurdu,
Bu yurdu görməyən çox gözlər kordu!
*****
Səsimə səs verin Perimbellilər,
Ay cənnət yurdlular,şirin dillilər,
Bağçası,bağatı çiçək-güllülər,
Yurddan ayrı düşmək çətindi,zordu,
Bura bir cənnətdi görməyən kordu!
******
Uca Yaradandan bir diləyim var,
Qoymasın gözümdə qala arzular,
Yazmasın ömrümə daha qəm-qübar,
Ziyarət eyləyim mən də o yurdu,
Seyidlər ocağı,Perimbel yurdu!
*****
Solmazın arzusu,amalı orda,
Görmədən bağlanıb o gözəl yurda,
İstəyir ki,yaza bir qəzəl yurda,
Ürəyim o yurdla bax qoşa vurdu,
Şair xəyalımla baş-başa durdu!


Solmaz Şirvanlı

Oxunub: 1 336
Oxşar xəbərlər
SON XƏBƏRLƏR