dini radikalizm və ekstremizmlə mübarizə

Fransanın Azərbaycandakı Universitet və Elmi Əməkdaşlıq üzrə attaşesi ilə görüş


Fransanın Azərbaycandakı Universitet və Elmi Əməkdaşlıq üzrə attaşesi ilə görüş

2026-cı il sentyabrın 30-da Xəzər Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Seyran Əliyeva Fransa Respublikasının Azərbaycandakı universitet və elmi əməkdaşlıq üzrə attaşesi Thibault Monbailly ilə görüşüb.

Görüşdə Xəzər Universiteti ilə Fransa ali təhsil müəssisələri arasında akademik əməkdaşlığın inkişaf etdirilməsi, yeni tərəfdaşlıqların qurulması və birgə fəaliyyət imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər həmçinin, Erasmus+ KA171 proqramı çərçivəsində mümkün əməkdaşlıq imkanları, tələbə və akademik heyət mobilliyinin təşviqi, ikili diplom proqramlarının yaradılması, eləcə də universitetlər arasında beynəlxalq əlaqələrin gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Görüş Xəzər Universiteti ilə Fransa ali təhsil müəssisələri arasında gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və yeni tərəfdaşlıqların inkişaf etdirilməsi baxımından əhəmiyyət daşıyır.


Oxunub: 14
Oxşar xəbərlər
SON XƏBƏRLƏR