dini radikalizm və ekstremizmlə mübarizə

Xəzər Universitetinin əməkdaşları Gazi Universitetində


Xəzər Universiteti rektorunun icraçı assistenti Humay Hüseynova, Keyfiyyətin Təminatı Mərkəzinin koordinatoru Leyla Yadigarova, İnsan Resursları üzrə baş mütəxəssis Aynurə Talıblı, Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dr. Aygül Qurbanova Erasmus+ İşçi Heyətinin Mobilliyi (Staff Training) proqramı çərçivəsində 2026- cı il 20-24 iyul aralığında Türkiyənin Ankara şəhərində yerləşən Gazi Universitetində keçirilən peşəkar inkişaf proqramında iştirak ediblər.
Mobillik proqramı çərçivəsində iştirakçılar Gazi Universitetinin müxtəlif inzibati və akademik struktur bölmələrinin fəaliyyəti ilə yaxından tanış olublar.
“Xəzər”in nümayəndələri Gazi Universitetinin rektorluğu, Keyfiyyət koordinatorluğu və Beynəlxalq əlaqələr ofisində keçirilən görüşlərdə iştirak edərək, universitet idarəçiliyi, keyfiyyət təminatı sistemləri, beynəlmiləlləşmə strategiyaları və inzibati iş prosesləri ilə bağlı fikirlərini bölüşüblər.
Tərəflər arasında universitetlərin idarəetmə təcrübələri və tətbiq etdikləri yanaşmalar barədə qarşılıqlı məlumat və təcrübə mübadiləsi olub.
Proqramın sonunda iştirakçılara Erasmus+ İşçi Heyətinin Mobilliyi proqramını uğurla başa vurduqlarını təsdiq edən sertifikatlar təqdim edilib.

Oxunub: 30
Oxşar xəbərlər
SON XƏBƏRLƏR