dini radikalizm və ekstremizmlə mübarizə

Uşaq bağçaları ilə bağlı vahid məlumat sistemi yaradılacaq


Bağçalarda diqqət göstərdiyimiz əsas məsələ uşaqların davamiyyətidir.

Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu göstəricilər ümumilikdə qənaətbəxşdir.

Nazir vurğulayıb ki, yenə də problemli müəssisələr var: “Eyni zamanda, işçilərin işə davamiyyəti də gündəmdədir. Hazırda uşaq bağçaları ilə bağlı vahid məlumat sistemi yaratmaq plandadır. Çünki belə sistem olmadıqda uşaq və müəllim sayı çətinləşir. Düşünürəm ki, yaxın 2-3 ay ərzində proses bitəcək. Bundan sonra təhsil sistemində olduğu kimi bağçalarda da uşaq qəbulu və işə qəbul şəffaflaşacaq və asanlaşacaq”.

Oxunub: 716
Oxşar xəbərlər
SON XƏBƏRLƏR