"Mayın 5-dən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib".
Djb.az report-a istinadən xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib.
O, qeyd edib ki, müsabiqənin elektron sənəd qəbulu 5-16 may tarixlərində keçiriləcək.
"Vətəndaşlar Təhsil Nazirliyinin “Whatsapp” hesabı vasitəsilə müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə dair suallara cavab tapa biləcəklər", - nazirlik rəsmisi əlavə edib.
Oxunub: 2 282