Sumqayıt şəhər “Stars’ Academy” tədris mərkəzinın fidanları Şəhidlər xiyabanın ziyarət etdilər.
8 Noyabr Zəfər Günü: Qalib xalqın qürur dolu anları
Azərbaycan xalqının şanlı tarixə yazdığı 8 Noyabr Zəfər Günü ölkəmizin hər yerində olduğu kimi, böyük coşğu və qürurla qeyd olunur. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilir.
Videomaterialda da əksini tapdığı kimi, Vətən müharibəsində qazanılan tarixi qələbə hər bir azərbaycanlının ürəyində eyni sevinc və qürur hissi yaradır. Tədbir iştirakçıları və vətəndaşlar qeyd edirlər ki, Azərbaycan artıq qalib xalqın qalib övladları olaraq yaşayır: "Biz qalib xalqın qalib övladlarıyıq. Allah şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı versin."
Uşaqların və gənc nəslin də fəal iştirak etdiyi bu cür təşəbbüslər gənclərdə Vətənə sevgi, milli-mənəvi dəyərlərə sədaqət və vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır. Gənc nəslin dilindən səslənən vətənpərvərlik şeirləri və musiqilər bayram ab-havasını daha da zənginləşdirir, h hər kəsin qəlbində üçrəngli bayrağımıza olan sevgini bir daha alovlandırır.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Ordumuzun şücaəti sayəsində əldə olunan bu Zəfər tariximizə qızıl hərflərlə yazıldı və xalqımız hər zaman bu qürurla yaşayacaq.
Oxunub: 94