Qaxda məktəb direktoru koronavirusdan vəfat edib.
Djb.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Qax şəhər 2 saylı məktəb-liseyin direktoru, 1937-ci il təvəllüdlü Şəkər Abdullayeva COVID-19-un qurbanı olub.
Qeyd edək ki, 84 yaşlı direktor bir müddət əvvəl koronavirusa yoluxub. O, Bakıda yerləşən xəstəxanalardan birində müalicə olunurdu.
Oxunub: 1 390