“Ali məktəblərdə təhsil haqları da əsas məsələlərdən biridir”.
APA xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, Azərbaycanda təxminən 182 min tələbə var, təxmini 167 mini bakalavr, 15 mini magistr təhsili alır. Onlardan 65 min 100 nəfəri dövlət sifarişi ilə təhsil alır. Dövlət hesabına təhsil alan, sosial təbəqəyə məxsus tələbələr var, onların sayı 16 500 nəfərdir və onlar bakalavr təhsili alırlar. 11 500 nəfərə isə bu il ölkə rəhbərliyinin sərəncamı ilə sosial yardım edilib.
“Tələbələrin 100-dən 56-sı dövlət hesabına təhsil alır. Son illərdə dövlət sifarişli yerlərlə bağlı müsbət dinamika var, 92 faiz daha çox. Hazırda 22682 nəfər dövlət sifarişi ilə oxuyur. 1-ci kurslarda 60%-dən artıq tələbənin təhsil haqqını dövlət ödəyir. Bəzi hallarda təhsil haqlarının ləğvi və ya tam dövlət tərəfindən ödənməsi barədə fikirlər səslənir. Dövlət iki halda - bir bacarıqlara görə, daha yüksək bal toplayan, bir də sosial ehtiyac meyarına görə təhsil haqqını ödəyir. Bu gün universitetlər daha yaxşı olmağa çalışır ki, daha çox dövlət sifarişli tələbə gəlsin. Təhsil haqlarının məbləğinə gəlincə, ilə bu, Azərbaycanda vergi güzəştlərinə görə aşağıdır. Universitetlərdə orta hesabla təhsil haqqı 2500 manatdır, bəzilərində hətta 2000-dən aşağıdır”, - nazir bildirib.
Oxunub: 802