TƏBİB-in abituriyent imtahanları ilə bağlı qaydalarında imtahan verənlərdən test nəticələri tələb olunması yoxdur. “İki sahil” Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin(TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, abuturiyent test imtahanına daxil olarkən hərarəti yoxlanıla bilər. Biz bu məsələ ilə bağlı bütün müzakirələrə hazırıq. Dövlət İmtahan Mərkəzinin hansı qərar verməsini deyə bilmərik. Amma biz TƏBİB olaraq bütün məsələlərdə müzakirələrdə iştirak edə bilərik".
Oxunub: 749