dini radikalizm və ekstremizmlə mübarizə

Məleykə Abbaszadə: “İmtahanlara koronavirusla bağlı sualın salınması məndən asılı deyil”

Məleykə Abbaszadə: “İmtahanlara koronavirusla bağlı sualın salınması məndən asılı deyil”

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlarda yeni növ koronavirusla (COVID-19) bağlı sualın salınması məsələsini şərh edib.

DİM sədir jurnalistlərə açıqlamasında bildirib ki, yuxarı siniflərdə hər zaman viruslarla bağlı dərslər keçirilib.

“Bu, yeni növ koronavirusdur və IX sinif dərsliyində insanların özünü virusdan necə qoruması barədə sual var. Ona görə də, koronavirusdan insan özünü necə qorumalıdır sualı yazılsa, burada nə qəbahət ola biər ki?! Hansı sualların imtahana düşməsi barədə məlumatım yoxdur. Bunlar məndən asılı deyil”, - deyə M. Abbaszadə qeyd edib. //Apa.az

Oxunub: 664
Oxşar xəbərlər
SON XƏBƏRLƏR