AMEA Rəyasət Heyəti doktorant və dissertantların AMEA-nın elmi müəssisələrinə köçürülməsi haqqında qərar qəbul edib.
APA-nın məlumatına görə, Rəyasət Heyətinin bu gün keçirilmiş iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ləğv olunmuş Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin, Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun, Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin bir qrup doktorant və dissertantının fəlsəfə doktoru hazırlığı üzrə təhsillərini davam etdirmək üçün AMEA-nın müvafiq institutlarının doktorantura və dissertanturasına köçürülməsi ilə bağlı qərar qəbul olunub.
Oxunub: 628