Psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
APA-nın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, 24-28 dekabr tarixlərində dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi prosesi həyata keçirilib.
Ümumilikdə 2757 namizəd diaqnostik qiymətləndirilmədə iştirak etmək üçün elektron qeydiyyatdan keçib.
Diaqnostik qiymətləndirilmə imtahanlarına 2 633 namizəd qatılıb.
Oxunub: 707