Azərbaycanda ümumi orta təhsil səviyyəsini (IX) başa vuran şagirdlər mənəvi-əxlaqi dəyərlərin formalaşmasında dinlərin rolunu şərh edə bilməlidir.
APA-nın məlumatına görə, bu, Təhsil Nazirliyinin ictimai müzakirəyə çıxardığı “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” layihəsində əksini tapıb.
Sənədə əsasən, ümumi orta təhsil səviyyələrində tədris edilən “Ümumi tarix” fənni üzrə təlim nəticəsində şagird tarixi dövrləri müqayisə etməli və dəyərləndirməli, ayrı-ayrı dövlətləri bəşər mədəniyyətinin inkişafındakı roluna görə fərqləndirməli, mənəvi-əxlaqi dəyərlərin formalaşmasında dinlərin rolunu şərh etməlidir.
Qeyd edək ki, Nazirlər Kabinetinin "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında” 3 iyun 2010-cu il tarixli qərarında ümumi orta təhsil üzrə ümumi təlim nəticələri sırasında bu tələb əksini tapmayıb.
Oxunub: 687