dini radikalizm və ekstremizmlə mübarizə

Şagirdlərin davamiyyəti barədə SMS-bildiriş xidməti dayandırılır

Şagirdlərin davamiyyəti barədə SMS-bildiriş xidməti dayandırılır

İyul ayından etibarən orta məktəb şagirdlərin dərslərə davamiyyəti barədə valideynlərə SMS-bildiriş xidməti yay tətili ilə əlaqədar olaraq yeni tədris ilinə qədər müvəqqəti olaraq dayandırılacaq. Bunu APA-ya “Mobile Solutions & Marketing Technologies” şirkətindən (xidmətin operatoru) deyiblər.

Şirkətdən bildirilib ki, cari tədris ili məktəblərdə iyunun 14-də başa çatır. Son imtahanların qiymətlərinin də elektron jurnala yazılması səbəbindən SMS-bildiriş xidməti iyunun sonunadək açıq olacaq.

Hazırda qeyd olunan xidmət "Elektron məktəb" layihəsində iştirak edən 40-dan çox məktəbdə (Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Şamaxı, Quba, Ağdaş, İsmayıllı, Tovuz və Ağstafada) tətbiq olunub. Bu xidmətə ölkənin bütün mobil rabitə operatorlarından (Bakcell, Azercell və Azerfon) qoşulmaq olar. Xidməti aktiv etmək üçün məktəbə müraciət etmək və ya 9988 nömrəsinə şagirdin adı, soyadı, atasının adı, məktəbin, sinfin nömrəsi və ev telefonu qeyd olunmaqla qısa SMS göndərilməlidir. Xidmətin aylıq abunə haqqı 4,72 manat təşkil edir.

Oxunub: 743
Oxşar xəbərlər
SON XƏBƏRLƏR