dini radikalizm və ekstremizmlə mübarizə

Təhsil naziri müəllimlərin iş yerinin dəyişdirilməsi və işə qəbulu barədə əmr imzalayıb

Təhsil naziri müəllimlərin iş yerinin dəyişdirilməsi və işə qəbulu barədə əmr imzalayıb
Azərbaycanın təhsil naziri Ceyhun Bayramov müəllimlərin iş yerinin dəyişdirilməsi və 2019-2020-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb.

ONA-nın xəbərinə görə, əmrdə göstərilib ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi proqram təminatı vasitəsilə cari ilin iyun ayının 1-21 tarixlərində təşkil ediləcək.

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə cari ilin 24 iyun - 5 iyul tarixlərində elektron ərizələrin qəbulu həyata keçiriləcək.

Əmrlə 2019-2020-ci tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi üçün apelyasiya komissiyasının tərkibi təsdiq edilib.

Əmrə əsasən, müsabiqənin nəticələrinə əsasən iş yerini dəyişən və işə qəbul olunan müəllimlərlə əmək müqavilələrinin cari ilin 15 sentyabr tarixinədək bağlanılması təmin edilməlidir.

Oxunub: 788
Oxşar xəbərlər
SON XƏBƏRLƏR