dini radikalizm və ekstremizmlə mübarizə

Sürətli inkişaf yolu hədəfləmiş Mingəçevir Dövlət Universiteti Azərbaycan–Türkiyə ali təhsil əlaqələrində yeni və uğurlu səhifə açır.


Sürətli inkişaf yolu hədəfləmiş Mingəçevir Dövlət Universiteti Azərbaycan–Türkiyə ali təhsil əlaqələrində yeni və uğurlu səhifə açır.

Bu gün MDU olaraq Dokuz Eylül Universiteti ilə təhsilin inkişafına xidmət edən mühüm əhəmiyyətli Əməkdaşlıq Memorandumu imzaladıq.

Memorandumda hər iki universitetdə təhsilin inkişafına xidmət edən səmərəli fəaliyyət istiqamətləri nəzərdə tutulub.

İqtisadiyyat və idarəetmə fakültəsi də bu əməkdaşıldan öz payını alacaq:
- Maliyyə, İqtisadiyyat, Biznesin təşkili və idarə edilməsi, Turizm istiqamətli ixtisaslarda bakalavr və magistir təhsil səviyyələrində İkili diplom proqramlarının icrası (2 il Türkiyədə təhsil almaqla);
- Müəllimlərimizin, gənc tədqiqatçılarımızın və tələbələrimizin mübadilə imkanları (1 aylıq və 6 aylıq);
- Fakütələr və ixtisaslar arasında ortaq elmi-tədqiqat layihələrinin həyata keçirilməsi (TÜBİTAK və s. kimi);
- Dokuz Eylül Universitetinin professorları ilə birgə elmi nəşrlər və tədqiqat nəticələrinin mübadiləsi;
- Ortaq magistr proqramlarının təşkili (1 semestr Türkiyədə təhsil almaqla);
- Ortaq magistr dissertasiya rəhbərliyi (çifte danışmanlık);
- Davamlı inkişaf və iqtisadi yönümlü layihələrdə əməkdaşlıq;
-Ortaq konfrans, seminar və təlimlərin təşkili.

Səmimi qardaşlıq və dostluq şəraitində keçən görüşdə DEU-nun rektoru, prof. Dr. Bayram Yılmaz, MDU-nun rektoru, Dokuz Eylül Universitetinin məzunu Cənab Anar Eminov, hər iki universitetin nümayəndə heyəti iştirak etdi.
Çox faydalı keçən görüşdən sonra ayrı -ayrı fakültələr və kafedralarda görüşlər keçirildi, maraqlı müzakirələr aparıldı.

Sonra Universitetin Bayrakbilim və Türk bayraqları Muzeyində olduq, geniş ərazisi olan tələbə şəhərciyini gəzdik.
İki qardaş ölkə universitetləri arasında qurulan strateji tərəfdaşlığın region universitetində təhsilin inkişafına böyük töhfə verəcəyi aydın görünür.

Səmimi qarşılama və təhsilin inkişafındakı dəstəyə görə Dokuz Eylul Universitetinin kollektivinə dərin təşəkkürümüzü bildirir, MDU ailəsinə uğurlar arzulayıram.

NÜŞABƏ QƏDİMLİ / MDU






Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR