dini radikalizm və ekstremizmlə mübarizə

Bakalavrlar orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla müsabiqədənkənar qəbul oluna biləcək

Bakalavrlar orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla müsabiqədənkənar qəbul oluna biləcək
Bakalavrlar ali təhsil pilləsi üzrə aldıqları ixtisasdan asılı olmayaraq, orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla müsabiqədənkənar qəbul olunmaq hüququna malikdirlər.

ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nda əksini tapıb.

Qaydaya əsasən bakalavrlar ali təhsil pilləsi üzrə aldıqları ixtisasdan asılı olmayaraq, orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla müsabiqədənkənar qəbul olunmaq hüququna malikdirlər. Orta ixtisas təhsili pilləsində dövlət hesabına təhsil almaq üçün bakalavrlar Dövlət İmtahan Mərkəzi tərəfindən orta ixtisas təhsili müəssisələrinə keçirilən müsabiqədə ümumi qaydada iştirak etməlidirlər. Orta ixtisas təhsili müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq istəyən bakalavrlar ərizə ilə həmin təhsil müəssisələrinə müraciət edir və aşağıdakı sənədləri qəbul olunmaq istədikləri orta ixtisas təhsili müəssisələrinə təqdim edirlər:

- Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər pasportlarını və (və ya) icazə vəsiqələrini), vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədlərini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;

- ali təhsil haqqında sənədin və ona əlavənin notarial qaydada təsdiq edilmiş surətini;

- əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər qeyd olunan sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini və ali təhsil haqqında sənədin Azərbaycan Respublikasında tanınması barədə şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətini.

Orta ixtisas təhsili müəssisələrinə bakalavrların müsabiqədənkənar qəbulu təhsil müəssisəsi tərəfindən aparılır. Bakalavrın orta ixtisas təhsil müəssisəsinə müsabiqədənkənar qəbul edilməsi ilə bağlı əmr yalnız Azərbaycan Respublikasında təhsil alan bakalavrın təqdim etdiyi sənədlər Mərkəzin “Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sistemi vasitəsilə, xarici ölkədə təhsil alan bakalavrın isə təqdim etdiyi şəhadətnamə Təhsil Nazirliyinin məlumat bazası üzərindən yoxlanıldıqdan sonra və həmin məlumatlarda uyğunsuzluq və (və ya) çatışmazlıq aşkar edilmədikdə verilir. Müvafiq ixtisaslar üzrə qəbul olunacaq bakalavrların sayı mövcud maddi-texniki baza və elmi-pedaqoji potensial nəzərə alınmaqla, təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir. Orta ixtisas təhsili müəssisəsi bakalavrın həmin təhsil müəssisəsinə qəbul edilməsi və ya qəbul edilməsindən imtina edilməsi (imtina səbəbi göstərilməklə) barədə 10 iş günü müddətində ərizəçiyə məlumat verməlidir. Bakalavrın orta ixtisas təhsili müəssisəsinin onun həmin təhsil müəssisəsinə qəbul edilməsindən imtina edilməsi barədə qərarından inzibati qaydada və ya məhkəməyə şikayət vermək hüququ var.

Oxunub: 775
Oxşar xəbərlər
SON XƏBƏRLƏR