dini radikalizm və ekstremizmlə mübarizə

UNEC-in tələbələri Avropa Parlamentində təcrübə keçəcək

UNEC-in məzun və tələbələri Gənclər Fondunun Avropa Parlamentinin (Brüssel) təcrübə proqramı üzrə keçirdiyi müsabiqənin qalibi olub.

Unikal.org-un məlumatına görə, Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən müsabiqədə ölkənin müxtəlif ali təhsil müəssisəsindən 201 tələbə iştirak edib. Qaliblər sənədlərin ekspertizası və müsahibələr əsasında müəyyən olunub. UNEC-in 3 tələbəsi və bir məzunu müsabiqənin qalibi olaraq Avropa Parlamentində təcrübə hüququ qazanıb. Müsabiqə qaliblərinin sayına görə universitetlər arasında UNEC birinci yerdədir.

Qalibləri təqdim edirik:

1. Xəyal Məmmədli - SABAH mərkəzi, marketinq ixtisası, 4-cü kurs;

2. Emiliya Bayramova - Rus İqtisad Məktəbi, beynəlxalq münasibətlər ixtisası, 3-cü kurs;

3. Yunis Şərifli - Türk Dünyası İqtisadiyyat Fakültəsi, beynəlxalq münasibətlər ixtisası, 3-cü kurs.

4. Fərid Fərəcov – UNEC-in məzunu.

Oxunub: 743
Oxşar xəbərlər
SON XƏBƏRLƏR