dini radikalizm və ekstremizmlə mübarizə

Sınaq imtahanına az qaldı - Imtahan yeni qəbul modelinə uyğun keçiriləcək

Sınaq imtahanına az qaldı - Imtahan yeni qəbul modelinə uyğun keçiriləcək
Dövlət İmtahan Mərkəzi oktyabrın 28-də yeni təhsil proqramları üzrə 2019-cu ilin qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək.

ATV.az xəbər verir ki, iştirakçılara 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq hər ixtisas qrupunda 3 imtahan fənni üzrə test tapşırıqları təqdim olunacaq.İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində, ümumilikdə 18 binada təşkil olunacaq və saat 11:00-da başlanacaq.Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır.

Oxunub: 838
Oxşar xəbərlər
SON XƏBƏRLƏR