İllərimi bunun üçün vermişəm. Artıq arzuma çatdım.
Bunu Oxu.Az-a açıqlamasında ali məktəbə daxil olub, istəmədiyi fakültə olduğu üçün təhsilini yarımçıq qoyan Zöhrə İsmayılova deyib.
O deyib ki, bu il imtahan verərək istədiyi fakültəyə - Bakı Mühəndislik Universitetinin İnformasiya Texnologiyaları fakültəsinə daxil olub.
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə onun 675 bal topladığı, ancaq ixtisas seçimində iştirak etməyəcəyi ilə bağlı məlumatlar yayılmışdı. O, saytımızla əlaqə saxlamış, bu məlumatları təkzib etmişdi.
Bildirək ki, Zöhrə İsmayılova 2009-cu ildə 475 balla Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olub. Daha sonra UFAZ-nın (Azərbaycan-Fransa Universiteti) Kompüter Elmləri fakültəsinə daxil ola bilməyib.
UFAZ-nın Kimya Mühəndisliyi fakültəsinə qəbul olub. Birinci kursun ilk semestrində universitet daxilində kompüter elmləri fakültəsinə daxil olmaq qərarına gəlib və imtahan verib, amma alınmayıb. Nəticədə universiteti tərk edib.
Oxunub: 1 064