dini radikalizm və ekstremizmlə mübarizə

İran Küveytdə hərbi obyektlərə dron zərbəsi endirib, yaralılar var

İran Küveytdə hərbi obyektlərə dron zərbəsi endirib, yaralılar var


Bu gün səhər İran pilotsuz uçuş aparatları ilə Küveytdə bir neçə hərbi obyekt və bazaya zərbə endirib, nəticədə bir neçə hərbçi yaralanıb.

“Al Jazeera“ bu barədə Küveyt ordusuna istinadən məlumat yayıb.

Məlumata görə, Baş Qərargah rəisi general-leytenant Xalid Dərəc Səd Əl-Şurəyan və Baş Qərargah rəisinin müavini, aviasiya marşalı Sabah Cabir Əl-Əhməd Əl-Sabah yaralı hərbçilərə baş çəkiblər.

Məlumatda bildirilir ki, yaralananlar İran dronlarının Küveyt Quru Qoşunlarına məxsus bir neçə hərbi obyekt və düşərgəyə zərbəsi nəticəsində xəsarət alıblar. Bununla belə, yaralıların dəqiq sayı və zərbəyə məruz qalan hərbi obyektlərin adları açıqlanmayıb.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR