29 aprel 2026-cı il tarixində Türk dünyasının zəngin mədəni irsini və ortaq dəyərlərini araşdırmaq məqsədilə “I Uluslararası Türk Dünyasında Kültür ve Değerlerin İzleri” adlı beynəlxalq simpozium keçirilib. Tədbirdə müxtəlif ölkələrdən gələn elm xadimləri və mütəxəssislər türk xalqlarının tarixi birliyi, adət-ənənələri və müasir dövrdə bu dəyərlərin qorunması mövzusunda geniş məruzələrlə çıxış ediblər. Simpozium çərçivəsində keçirilən panel müzakirələri türk dünyası arasındakı elmi və mədəni əlaqələrin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Yekunda ortaq mədəniyyətin gələcək nəsillərə ötürülməsi üçün birgə layihələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Oxunub: 43