dini radikalizm və ekstremizmlə mübarizə

“Xəzər”in tələbələri müsabiqədə


Azərbaycan Texnologiya Universiteti İnnovasiya Mərkəzinin təşkilatçılığı, Təhsilin İnkişafı Fondu və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə keçirilən Greentech III startap və Yaşıl texnologiyalar müsabiqəsi çərçivəsində Xəzər Universiteti tələbələrinin layihələri uğurla final mərhələsinə vəsiqə qazanıb. Müsabiqədə “Xəzər”i təmsil edən komandalar innovativ və ekoloji yönümlü layihələri ilə seçiliblər. Müsabiqənin final mərhələsi 24 aprel 2026-cı il aprelin 24-də Gəncə şəhərində Azərbaycan Texniki Universitetində (ATU) keçirilib.
“Yüksəliş” komandası – Biotexnologiya ixtisası üzrə təhsil alan I kurs tələbələri Zaur Əhmədov və Xaqan Əliyev tərəfindən təqdim olunan BioPhyt layihəsi fitoremediasiya prinsipi əsasında çirklənmiş su mənbələrinin təmizlənməsinə yönəlmiş innovativ texnoloji həll yoludur.
Digər finalçı layihə isə “Ecoshop” komandasına – Kimya və biologiya müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Aygün Muradovaya məxsusdur.
Qeyd edək ki, BioPhyt layihəsi müsabiqədə III yerə layiq görülərək, mükafatlandırılıb.
Xəzər Universitetinin tələbələrinin bu uğuru onların innovativ düşüncə tərzinin, ekoloji problemlərə həssas yanaşmasının və müasir texnologiyalardan effektiv istifadə bacarıqlarının bariz nümunəsidir.


Oxunub: 12
Oxşar xəbərlər
SON XƏBƏRLƏR