dini radikalizm və ekstremizmlə mübarizə

18 aprel – Beynəlxalq Abidələr Günü münasibətilə Yardımlıda tədbir keçirilib


14 aprel 2026 - ci ildə

18 aprel – Beynəlxalq Abidələr Günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Yardımlı rayonu üzrə baş mütəxəssisləri Yardımlı Tarix-Diyarşünaslıq Muzeyində muzey əməkdaşlarının təşkilatçılığı ilə birlikdə tədbir keçiriblər.

Tədbiri giriş sözü ilə açan muzey əməkdaşı Əlisəfa Əhmədov əvvəlcə şəhidlərimizin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını xahiş edib.

Daha sonra tədbirdə iştirak edən idarənin əməkdaşları Musayev Səbrəli, Zöhrabov Valeh və Qaraşov Elşad çıxış edərək mədəni irsin qorunmasının əhəmiyyəti, tarixi abidələrin gələcək nəsillərə çatdırılmasının vacibliyi barədə fikirlərini bölüşüblər.

Sonda qonaqlara muzeydə ekskursiya aparıldı və xatirə fotoları çəkildi . Qonaqlar onlara göstərilən diqqət və təşkilatçılığa görə təşəkkürlərini bildiriblər.

Oxunub: 50
Oxşar xəbərlər
SON XƏBƏRLƏR