dini radikalizm və ekstremizmlə mübarizə

Narkomaniya və zərərli vərdişlərə yox deyək!



Mingəçevir şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə şəhərin ümumtəhsil müəssisələrində mütamadi olaraq narkomaniya və digər zərərli vərdişlərə dair maarifləndirici tədbirlər davam edir.
Polis əməkdaşları başda ŞPŞ rəisi Ədalət Əliyev olmaqla şəhərin 10 nömrəli məktəbində olublar. Məqsəd Narkomaniya və digər zərərli vərdişlərə dair maarifləndirici-profilaktik tədbirdir.
Tədbirdə ŞPŞ-nin rəisi,polis polkovniki Ədalət Əliyev çıxış edərək qeyd edib ki, Narkomanlığa və digər zərərli vərdişlərə qarşı mübarizə tədbirləri hər zaman tərəfimizdən diqqət mərkəzində saxlanılır. Bəşəriyyət üçün ən böyük bəlalardan biri olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün də xüsusilə aktual xarakter daşıyır.Ona görə də hüquq-mühafizə orqanları olaraq hər dəfə bir məktəbdə bu kimi zərərli vərdişlərə qarşı sizlərlə görüşür, narkotik vasitələrin insan sağlamlığına, xüsusilə gənclərin fiziki və mənəvi inkişafına vurduğu ciddi zərərlərdən danışırıq. Sizlər bizim gələcəyimizsiniz deyən polis rəisi,narkomaniyanın ağır sosial fəsadlara səbəb olduğunu qeyd edərək, bu kimi halların qarşısının alınmasında maarifləndirmə işlərinin mühüm rol oynadığını vurğulayıb.
Digər polis əməkdaşları çıxış edərək narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildiyini vurğulayıb. Gəncləri sağlam həyat tərzinə üstünlük verməyə, zərərli vərdişlərdən uzaq durmağa çağırılıb.
Tədbir çərçivəsində polis əməkdaşları şagirdlərə yol hərəkəti qaydaları və digər zərərli vərdişlərin fəsadları barədə danışaraq onları maarifləndiriblər.
Tədbirin sonunda şagirdlərin mövzu ilə bağlı ünvanladıqları suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb və maarifləndirici tövsiyələr verilib.
Qeyd edək ki, Narkomaniya əleyhinə aparılan tədbirlər hər zaman ölkə rəhbərliyinin diqqətində olub və onların gücləndirilməsi istiqamətində ardıcıl işlər görülür. Bu istiqamətdə görülən tədbirlər Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə davam etdirilir. Məqsəd yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onları zərərli adətlərdən uzaqlaşdırmaq və narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyini artırmaqdır.


Esmira Hidayətova,Mingəçevir.


Oxunub: 142
Oxşar xəbərlər
SON XƏBƏRLƏR